MƏDƏNİYYƏT
Muzeyin yeni nəşri çapdan çıxmışdır
Bakı, 25 yanvar (AZƏRTAC). AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin (MATM) elmi şurasının qərarı ilə hazırlanaraq çapdan çıxmış “Milli Azərbaycan Tarixi Muzeyi - 2013” məqalələr toplusuna 35-dən çox yazı daxil edilmişdir.
Muzeydən AZƏRTAC-a bildirmişlər ki, topluda tarix, arxeologiya, numizmatika, epiqrafika, etnoqrafiya, muzey işi, muzeyin fəaliyyəti ilə bağlı məqalələr yer almışdır.
Toplunun redaktoru MATM-ın direktoru, akademik Nailə Vəlixanlıdır.
Nəşrdə respublikanın tanınmış muzeyşünasları, tarixçiləri, arxeoloq və etnoqrafları, bərpa üzrə mütəxəssislərin məqalələri ilə yanaşı, gənc tədqiqatçıların da məqalələri daxil edilmişdir.
Məqalələr oxuculara Azərbaycan, rus və ingilis dillərində təqdim olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [15:40]
Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub
- 07.05.2024 [12:43]
Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb
- 07.05.2024 [12:28]
“Supermen” filmindən ilk kadr yayımlanıb
- 07.05.2024 [11:28]
“Dəli yığıncağı” yenidən Gənc Tamaşaçılar Teatrının səhnəsində
- 07.05.2024 [11:25]
Bu gün Xalq artisti Arif Quliyevin anım günüdür
- 07.05.2024 [10:55]