Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Myanma İttifaqı Respublikasının Dövlət İdarə Şurasının sədri general Min Aung Hlaingdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Milli bayramınız - Respublika Günü münasibətilə Myanma İttifaqı Respublikasının xalqı adından və şəxsən öz adımdan Sizə və Zati-alinizin simasında Azərbaycan xalqına səmimi təbriklərimi və ən xoş arzularımı çatdırır, ölkənizə davamlı tərəqqi və rifah diləyirəm.

Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı, gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

 

General Min Aung Hlaing

Myanma İttifaqı Respublikasının Dövlət

İdarə Şurasının sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin