DÜNYA
Myanmada su bəndinin dağılması səbəbindən 63 min nəfər təxliyə olunub
Bakı, 30 avqust, AZƏRTAC
Myanmanın mərkəzi hissəsində “Swa Chaung” bəndinin dağılması səbəbindən 63 min nəfər təxliyə olunub.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, insident nəticəsində ölənlərin olduğu bildirilsə də, onların sayı barədə dəqiq məlumat yoxdur.
Yerli hökumət hadisə nəticəsində su altında qalan Sva və Edaşe yaşayış məntəqələrində vəziyyətin nəzarət altına alındığını, körpüdə və bənddə təmir işlərinin demək olar ki, yekunlaşdığını bildirib. Yanqon-Mandalay avtomobil magistralında hərəkət bərpa edilib.
Avqustun 29-da Myanmanın yanğınsöndürmə xidməti su bəndinin dağılması səbəbindən Sva şəhərinin, həmçinin qonşuluqda yerləşən iki kəndin və Yanqon, Mandalay və Naypitau şəhərlərini birləşdirən avtomobil şosesinin su altında qaldığı barədə məlumat yaymışdı.