DÜNYA
Myanmada təxminən 800 müsəlmanın yaşadığı kəndin evləri yandırılıb
Bakı, 18 sentyabr, AZƏRTAC
Myanmanın Arakan vilayətində yandırılan evlərin fotoşəkilləri sosial mediada yayımlanıb.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, təxminən 800 nəfər müsəlmanın yaşadığı Nondakhali kəndində evlər yandırılıb. Ordunun hücumu nəticəsində vilayətdə ümumilikdə 200-dək kənd dağıdılaraq yararsız vəziyyətə salınıb.
On minlərlə müsəlman qırğınlardan canını qurtarmaq üçün bölgədən uzaqlaşmağa çalışır. Myanmadan qaçan müsəlmanlar dağlıq ərazilərdən, Naf çayından və ya dəniz üzərindən keçərək Banqladeşə sığınır. UNICEF-in açıqlamasına görə, avqustun 25-dən etibarən təxminən 400 minə yaxın müsəlman Banqladeşə keçib. Onların arasında 200 mindən çox uşaq var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]
2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub
- 07.05.2024 [14:50]