REGİONLAR
Naftalanda abadlıq işləri davam etdirilir
Naftalan, 28 yanvar, Elcan Məmmədov, AZƏRTAC
Respublikamızda aparılan abadlıq-quruculuq işləri çərçivəsində Naftalanda da küçə, prospekt və parkların abadlaşdırılması, yaşıllıqların salınması istiqamətində işlər uğurla davam etdirilir.
Şəhər icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşları tərəfindən gün ərzində şəhərin müxtəlif ərazilərində təmizlik və təmir-bərpa işləri görülür, yaşıllıqlara qulluq göstərilir. İşlər hazırda Heydər Əliyev və Şirvan prospektlərini, həmçinin digər küçələri əhatə edir.
Küçə və prospektlərdə yaşıllıqlara qulluq göstərilir, ağacların dibləri bellənir, qurumuş budaqlar kəsilir, yeni ağac və gül kolları əkilir.
Qeyd edək ki, ötən il Naftalanın müxtəlif ərazilərində 8 mindən çox müxtəlif növ ağac və gül kolu əkilib.