RƏSMİ XRONİKA
“NAMƏLUM ƏSGƏR” ABİDƏSİNİ ZİYARƏT
![“NAMƏLUM ƏSGƏR” ABİDƏSİNİ ZİYARƏT](/files/2008/2/1200x630/14864557411241041332_1200x630.jpg)
AZƏRTAC-ın xüsusi müxbirləri xəbər verirlər ki, mayın 22-də Azərbaycan Prezidenti İlham Əliyev Kiyev şəhərindəki “Naməlum əsgər” abidəsini ziyarət etmişdir.
Abidənin qarşısında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyev “Əbədi məşəl”in önünə əklil qoydu, 1941-45-ci illərin Böyük Vətən müharibəsində həlak olmuş döyüşçülərin xatirəsini ehtiramla yad etdi.
Azərbaycanın və Ukraynanın dövlət himnləri səsləndi.
Dövlətimizin başçısı qədim Kiyev şəhərinin mənzərəsini seyr etdi.
######
![]() |
![]() |