DÜNYA
Napoleona məxsus əşyaların hərracda satışı dayandırılmışdır
Paris, 25 mart (AZƏRTAC). Fransanın görkəmli sərkərdəsi Napoleon Bonapartın 100 gün hakimiyyətdə olduğu Fontenblodakı məşhur Osent auksionunda imperatora məxsus əşyalar hərraca çıxarılmışdır.
Dünyanın müxtəlif guşələrindən Napoleonun yüzlərlə pərəstişkarı sərkərdəyə məxsus gecə paltarını, əlcəkləri, gecə gəzintisində istifadə etdiyi əl ağacını və digər əşyaları almaq üçün Fontenbloya gəlmişdilər.
Hərracda Napoleonun gecə köynəyinə 30 min, əl ağacına 15 min avro qiymət qoyulmuşdur.
Hərracın başlamasına bir neçə dəqiqə qalmış həmin əşyalar satışdan çıxarılmışdır. Buna sərkərdənin qohumlarının etirazı səbəb olmuşdur.
Əsgər Əliyeyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.05.2024 [17:34]
“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır
- 04.05.2024 [16:16]
Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb
- 04.05.2024 [15:54]
Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır
- 04.05.2024 [15:52]
Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO
- 04.05.2024 [14:51]
Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub
- 04.05.2024 [14:41]