Azərbaycan Dövlət İnformasiya Agentliyi

NARDARAN HADİSƏLƏRİ

Nardaranda törədilmiş cinayətlə əlaqədar

fevralın 6-da Azərbaycan televiziyasında

efirə getmiş verilişin mətnini oxuculara

təqdim edirik.

APARICI: Müstəqil Azərbaycanın suverenliyinə və dövlətçiliyinə qənim kəsilmiş daxili və xarici düşmənlərimiz tərəfindən dəstəklənən və siyasi məqsədlərini sosial problemlər pərdəsi altında gizlətməyə, bununla da ölkəmizdə sabitliyi pozmağa çalışan bir qrup Nardaran sakininin qanunsuz əməlləri getdikcə özünü daha aydın büruzə verir. Konstitusiyaya zidd çağırışlarla dinc qəsəbə sakinlərini meydanlara səsləyən həmin adamlardan bir qrupu 2002-ci ilin mayın 7-də və iyunun 3-də hakimiyyət nümayəndələrinə zor göstərməkdə və kütləvi iğtişaşlar törətməkdə ittiham edilərək cinayət məsuliyyətinə cəlb olunmuşlar. Onların barəsində qaldırılan cinayət işinin ibtidai istintaqı başa çatdırılaraq, Azərbaycan Respublikasının Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməsinə verilmişdir. İttiham olunanlar arasında məhkəməyə gəlməkdən boyun qaçıran 3 nəfər qəsəbə sakini - Həmid və Ağasəlim Yaxşıbəyovlar və Seyfulla Əlizadə haqqında axtarış elan edilmişdir. Bundan başqa, həmin cinayətlə bağlı daha 13 nəfər də axtarışda idi.

Bu il fevralın 5-nə keçən gecə saat 3 radələrində Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları axtarışda olan həmin adamların tutulması üçün Nardaran qəsəbəsində əməliyyat tədbiri keçirmişlər. Öz peşə borclarını yerinə yetirən polis əməkdaşlarının bu əməliyyatı kütləvi informasiya vasitələrində müxtəlif cür yozulur. Əməliyyat zamanı silahlı müqavimətlə üzləşən, əl qumbarasının qəlpələrindən yaralanan polis əməkdaşlarının vəziyyətindən qısqanclıqla söz açan bu mətbuat orqanları qəsəbənin Asəf Zeynallı küçəsində quraşdırılmış çadıra toplaşan yaşlı adamlara qarşı zor işlədildiyini qabartmağa çalışırlar. Görəsən, qışın bu günündə, gecənin bu çağında bu üzdəniraq ağsaqqalların meydanda qurulmuş çadırda nə işləri var idi? Bəs, əslində həmin gecə nə baş vermişdir?

JURNALİST: Tahir müəllim, kütləvi informasiya vasitələri yenə Nardarana üz tuturlar. Nardaranda nə baş veribdir?

TAHİR KAZIMOV (Respublika Prokurorluğunun idarə rəisi): Nardaranda baş verən hadisələr dedikdə, mən bir-iki məsələni xatırlatmaq istəyirəm. Bu barədə mətbuatda kifayət qədər yazılıbdır, Azərbaycan televiziyasında da geniş məlumat verilibdir.

Mayın 7-də Nardaran qəsəbəsində bir qrup şəxs ictimai sabitliyi pozmuş, kütləvi iğtişaş törətmiş, onların barəsində cinayət işi başlanmışdır, istintaq aparılır. 18 nəfər şəxs məhkəməyə verilmişdir. Hazırda Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə həmin şəxslərdən 15-nin məhkəməsi gedir. Məhkəməyə verilmiş şəxslərdən üç nəfəri - Seyfulla Əlizadə, Həmid Yaxşıbəyov və Ağasəlim Yaxşıbəyov məhkəmə iclaslarına gəlmədiklərinə görə, onların barəsində axtarış elan edilmiş və cinayət işi qaldırılmışdır.

Bundan başqa, istintaq dövründə 3 iyun hadisələrində kütləvi ixtişaşların törədilməsində təqsirləndirilən 13 nəfər şəxs barəsində də axtarış elan edilmişdir. Bu müddət ərzində həmin 16 nəfər şəxsin tutulması ilə əlaqədar tədbirlər görülsə də, bir nəticə verməmişdir.

Axtarışda olan şəxslərin tutulması məqsədi ilə 2003-ci il fevralın 5-nə keçən gecə Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Nardaran qəsəbəsində əməliyyat keçirmiş və nəticədə axtarışda olan Həmid Yaxşıbəyov tutulmuşdur.

Təəssüf ki, axtarışda olan həmin adamlar nəinki özləri, hətta başlarına topladıqları bir qrup şəxs də - onların sayı 30-40 nəfər olmuşdur - polis işçilərinə müqavimət göstərmişlər. O cümlədən odlu silahlardan atəş açmışlar və əl qumbarası atmışlar. Xoşbəxtlikdən, əl qumbarasından heç kəs, yəni həm polis işçilərindən, həm də hadisə yerində olan şəxslərdən ağır xəsarət alan olmamışdır. Amma bir nəfər polis işçisi xəsarət almışdır.

Bu adamlar polislərə qarşı müqavimət göstərməklə həm özləri cinayət törətmişlər, həm də orada olan digər şəxsləri yeni cinayətlərə sövq etmişlər. Polis işçilərinin gördükləri tədbirlər nəticəsində Həmid Yaxşıbəyov və daha 7 nəfər şəxs tutulub, polis idarəsinə gətirilmişdir. Onlardan 7 ədəd əl qumbarası, 2 ədəd tapança maddi sübut kimi götürülmüşdür.

JURNALİST: Tahir müəllim, axtarışda olan həmin adamlar hər gün Nardaranda İmam Hüseyn meydanına toplaşırlar, mitinqdə iştirak edirlər. Belə olan halda, bu əməliyyatın gecə keçirilməsinə ehtiyac var idimi?

TAHİR KAZIMOV: Sualınız təbiidir. Qəzetlərdə də çox yazırlar ki, bu əməliyyatın gecə keçirilməsinə nə ehtiyac var idi. Mən hər şeydən əvvəl sizə deyim ki, əməliyyatın keçirilməsinin üsulunu və tarixini polis əməkdaşları özləri müəyyən edirlər. Əməliyyat o zaman keçirilir ki, minimum ziyanla başa çatdırılsın. Bu, axtarışda olan adamların tapılması ilə bağlı olan əməliyyatdır, həmin şəxslər orada olarkən aparılmışdır.

Doğru deyirsiniz, həmin adamlar mitinqlərdə iştirak edirlər. Çox təəssüflər olsun ki, o adamlar çox iyrənc metodlara əl atıblar. Həmin mitinqlərə qadınları, uşaqları cəlb edirlər və deyirlər ki, uşaqlar və qadınlar olan yerlərdə daxili işlər orqanları əməliyyat keçirməyəcək, yəni onlar da öz cinayətkar fəaliyyətlərini davam etdirmək üçün azadlıqda qalacaqlar.

Həmin cinayətkar şəxslər təkcə 3 iyun hadisələri ilə kifayətlənməyiblər. Daxili işlər orqanlarına daxil olmuş əməliyyat məlumatlarından bəlli olur ki, onlar Nardarana gələn kənar şəxslərin üstünün axtarılması, maşınlarının, sənədlərinin yoxlanılması kimi qanunsuz əməllər törədirlər. Digər bir yerdən olan Azərbaycan vətəndaşları təsadüfən Nardaran qəsəbəsinə gedərsə, orada o adamların maşınlarını saxlayırlar, onların üstlərini axtarırlar, avtomobillərində yoxlama keçirirlər. Onlar əslində dövlət və hakimiyyət orqanlarının səlahiyyətlərini məhdudlaşdırırlar. Bu barədə kifayət qədər məlumat vardır.

Orada cinayətlər törətmiş, lakin azadlıqda qalan 15 nəfər şəxs vardır. Həmin şəxslər cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə ətraflarında olan digər şəxsləri də yeni cinayətlər törətməyə sövq edirlər. Əməliyyatın gecə keçirilməsinin də əsas məqsədi ondan ibarət olubdur ki, bu iş uğurla başa çatdırılsın və axtarışda olan şəxslər tutulsun.

JURNALİST: Bəzən vurğulayırlar ki, əməliyyatın keçirilməsində çoxlu sayda polis işçisi iştirak edib və onlar orada yaşayan adamlara, ağsaqqallara qarşı kobudluq ediblər. Bu barədə nə deyə bilərsiniz?

TAHİR KAZIMOV: Deyilənlərin hamısı tamamilə yalan məlumatlardır. Əməliyyatda cəmi 15-20 nəfər polis işçisi iştirak edibdir. Oradakı çadırda olan adamların sayı isə 30-40 nəfər olubdur. Təbiidir ki, 30-40 nəfərin üstünə çoxlu sayda polis işçisi göndərməyə ehtiyac yoxdur. Axtarışda olanların sayı isə dediyim ki, 16 nəfər idi. Bir nəfər tutulubdur. Qalanları azadlıqdadır.

JURNALİST: Bəs, yaşlı adamlara qarşı kobudluq edilməsi necə, olubmu?

TAHİR KAZIMOV: Həmin adamlara qarşı hər hansı bir kobudluqdan söhbət gedə bilməz. Polis işçilərinə müqavimət göstəriləndə, təbii, müəyyən vasitələrdən istifadə olunub ki, bu müqavimətin qarşısı alınsın, axtarışda olan şəxslər tutulsun. Həmin hadisələrlə bağlı qəzetlərdə verilən şəkillərə baxmışam, şəkillərdə olan şəxslərin əksəriyyəti axtarışda olanlardır. Yəni Ağasəlim Yaxşıbəyovdur, Seyfulla Əlizadədir və qeyriləridir. Onların hamısı ağır cinayətlər törətdiklərinə görə axtarışda olan şəxslərdirlər. Yaşın çox olması insanı cinayət məsuliyyətindən azad etmir.

JURNALİST: Kənddə camaat nə istəyir?

ANAR HƏŞİMOV \tutulan şəxs\: Guya camaat istəyir ki, tutulanları buraxsınlar. Ona görə meydana yığışıblar. Mən meydana çıxmaq istəmirdim. Hacılar deyir ki, gəlin meydana çıxın, 10 min manat verəcəyik, gəlin, meydanda qalın. Mən iki gün idi çıxırdım.

JURNALİST: Bu sözləri kimlər deyirdi?

ANAR HƏŞİMOV: Hacı Dilavər, Hacı Mehrab deyirdi.

JURNALİST: Meydana çıxmaq üçün sənə nə qədər pul verirdilər?

ANAR HƏŞİMOV: Mənə bir “şirvan” verdilər.

JURNALİST: Kim verdi?

ANAR HƏŞİMOV: Hacı Dilavər.

 

JURNALİST: Sən meydanda nə etməli idin?

ANAR HƏŞİMOV: Gəlib meydanda dayanmalı idim.

JURNALİST: Hamıya pul verirdilər?

ANAR HƏŞİMOV: Mənə verdilər, amma başqalarını görmədim. Bəlkə başqalarına da veriblər. Mən iki gecə qaldım. İkinci gecə polis işçiləri gəlib axtarış aparan zaman məni tutdular. Mənə bir şirvan vermişdilər.

JURNALİST: Bu işlərə əsas kim rəhbərlik edirdi?

ANAR HƏŞİMOV: Hacı Mehrab, hacı Aqil, hacı Dilavər, - bunlar yaşlı adamlardır.

JURNALİST: Bəs, siz cavanlar nə fikirləşirdiniz, niyə öz işinizlə məşğul olmurdunuz? Nə üçün 10 min manatdan ötrü gecəni orada keçirirdiniz?

ANAR HƏŞİMOV: Açığını deyim ki, mən meydana getməyəcəkdim. Çünki işim vardı. Meydana uşaqları görməyə getdim. Elə oldu ki, görə bilmədim, başqa uşaqları gördüm. Bir az söhbət edəndən sonra hacı Dilavər gəldi. Bundan əvvəl də demişdilər ki, gəlin, mitinqlərdə iştirak edin, meydanda dayanın, pul verəcəyik, filan-fəsməkan edəcəyik. Kim meydana çıxırdı, ona pul verirdilər.

JURNALİST: Onlar sizi çağırırdılar, bəs, kənddə elə adamlara müqavimət göstərən insanlar yox idi ki, desinlər, bu işin axırı yoxdur? Faydalı işlə məşğul olmaq lazımdır?

ANAR HƏŞİMOV: Bizdə yaşlı adamların sözündən çıxmırlar.

JURNALİST: Yaxşı, sizcə, yaşlı adamlar düz ediblər?

ANAR HƏŞİMOV: Xeyr, düz eləmirlər.

JURNALİST: Siz cavanlar onlara niyə öz sözünüzü demirdiniz ki, bizi niyə düz yoldan sapındırırsınız. Elə adam varmı söhbət etsin, desin ki, ağsaqqallar bizi düz yoldan yayındırırlar?

ANAR HƏŞİMOV: Vallah, demirlər, deyən yoxdur.

JURNALİST: Demək, sənə dedilər, gecəsinə 10 min manat pul veririk. Neçə gecə qalsan hərəsinə 10 min veririk.

ANAR HƏŞİMOV: Bəli.

JURNALİST: Tutulmamışdan əvvəlki gecə də qalmışdın?

ANAR HƏŞİMOV: Ondan qabaqkı gecə də qalmışdım.

JURNALİST: Gecələr orada nə işlə məşğul olurdunuz, söhbət edirdiniz? Gördünüz ki, bu adamlar silahlıdırlar. Orada sılahlılar var idimi?

ANAR HƏŞİMOV: O gecə bizə silah verilməmişdi. Mən qalan gecə verilməmişdi. Mən gecə saat 12-də yatdım. Səhər saat 7-də durub evimizə getdim. Bizə silah o biri gecə verildi.

JURNALİST: Silahı verəndə nə dedilər? Silahı nəyə görə verirdilər?

ANAR HƏŞİMOV: Mən dayanıb uşaqlarla söhbət edirdim. Dilavər gəlib məni çəkdi qırağa, dedi ki, al bu limonkanı, polis işçiləri gələndə onlara atarsan. Mən də ona cavab verdim ki, bəyəm, polis işçiləri bizimkilər deyil, dövlətlə dövlətçilik etmək olmaz. O, mənə təzyiq göstərdi və dedi ki, sənə nə deyirlər onu da et. Ağzını yum. O, böyükdür, sözündən çıxmadım. Bax, belə oldu.

JURNALİST: Böyük sənə tapança verib deyir ki, polis işçiləri gələndə onlara güllə at. Sən bilirsən ki, bu hərəkəti etsən tutulacaqsan. Onda nəyə görə buna əməl edirdin?

ANAR HƏŞİMOV: Mən atmayacaqdım, polisə müqavimət göstərməyəcəkdim, heç göstərməmişəm də. Qumbara bu cibimdən çıxdı. Sadəcə, gəldi, təzyiq göstərdi. Dedi ki, söyüş qoyublar, kim meydana çıxmasa, burada dayanmasa... O, mənə qumbara, silah verəndə söyüş qoydu ki, bir yerə atma, cibində qalsın, polis gələndə atarsan.

JURNALİST: Sizə həm tapança, həm də əl qumbarası verdi?

ANAR HƏŞİMOV: Mənə tapança verməyib, əl qumbarası verib.

JURNALİST: Tapançanı kimə verdi?

ANAR HƏŞİMOV: Tapançanı başqa uşaqlara verdi.

JURNALİST: Neçə nəfərə verdi?

ANAR HƏŞİMOV: Mənim yanımdakı iki nəfərə verdi.

JURNALİST: Güllələr də?

ANAR HƏŞİMOV: Yəqin güllə tapançanın içində olub. Çünki onlara tapançanı qıraqda verdi.

JURNALİST: Başqa silahlar da var idimi?

ANAR HƏŞİMOV: Mən başqa silah görmədim.

JURNALİST: Onların danışıqlarından nə hiss edirdin? Ümumiyyətlə, siz həmin gün ora polis gələcəyini bilirdinizmi?

ANAR HƏŞİMOV: Mən bilmirdim.

JURNALİST: Yox, onlar bilirdilərmi?

ANAR HƏŞİMOV: Bilmirəm, onlar bilirdilər, yoxsa yox.

JURNALİST: Deyirsən ki, tapança verdilər. Onlar kimlər idi?

ANAR HƏŞİMOV: Biri Rəşad idi, biri də Alim.

JURNALİST: Onlar həmin gecə o silahdan istifadə etdilərmi?

ANAR HƏŞİMOV: Mən görmədim.

JURNALİST: Silah səsi eşidildimi?

ANAR HƏŞİMOV: Bəli, orada silah səsləri eşidildi.

JURNALİST: Avtobusa doğru əl qumbarası atanda sən gördün?

ANAR HƏŞİMOV: Mən qabaqda dayanıb çay içirdim. Gördüm, maşınlar dayandı, avtobusdan polis işçiləri düşdülər, gəlib meydana daxil oldular. Özlərini təqdim etdilər. Dedilər, burada axtarış aparacağıq. Bu zaman məni tutub avtobusa mindirdilər. Dedilər, otur burda. Oturdum, çölə çıxmadım. Bu zaman meydana çaxnaşma düşdü və silah səsləri gəldi. Avtobusun benzin bakı deşilmişdi.

JURNALİST: Çaxnaşmanı kimlər saldı?

ANAR HƏŞİMOV: Çaxnaşma bizimkilər, kənd camaatı tərəfindən salındı.

JURNALİST: Onlar nə dedilər və çaxnaşma saldılar?

ANAR HƏŞİMOV: Çaxnaşma düşəndə mən avtobusda idim. Axtarış zamanı polis işçiləri özlərini təqdim etdilər.

JURNALİST: Kimlər axtarılırdı, sən axtarışda olan adamları tanıyırdın?

ANAR HƏŞİMOV: Bəli, Ədalət, Mehrab, Dilavər, Aqil, Hacağa - bilirdim onlar axtarışdadırlar.

JURNALİST: Onların hamısı həmin gün axşam çadırda idilər?

ANAR HƏŞİMOV: Bəli, hamısı meydanda idi. Təkcə Hacağa yox idi, o da evində idi.

JURNALİST: Axtarışda olan adamlar bilirdilər ki, polis gəlib onları tutub aparmalıdır? Sizdən istifadə edirlər və qanundan, cəzadan qaçmağa çalışırlar. Siz nəyə görə onların sözlərinə baxırdınız?

ANAR HƏŞİMOV: Söyüş qoymuşdular, təzyiq göstərirdilər.

JURNALİST: Bütün kənd camaatına?

ANAR HƏŞİMOV: Bəli.

JURNALİST: Axtarışda neçə nəfər var?

ANAR HƏŞİMOV: Hacağa, Dilavər, Mehrab və s.

JURNALİST: Tutaq ki, 13-15 nəfərdir. Bu qədər adam bütün kənd camaatına necə təsir göstərirdi? Öz cinayət əməlini ört-basdır etmək üçün?

ANAR HƏŞİMOV: Onlar söyüş qoymuşdular.

JURNALİST: Onların söyüşünə cavab vermək lazım idi ki, sizə görə kəndin camaatı girovmu olmalıdır!

ANAR HƏŞİMOV: Guya onlar ağsaqqallardır, kənd camaatı onların sözündən çıxmır.

JURNALİST: Onlar deyirlər ki, guya camaatın dolanışığı yoxdur. Ona görə mitinq edirlər. Bəs, pulları haradan alıb sizə verirdilər?

ANAR HƏŞİMOV: Haradan alıb payladıqlarını mən bilmirəm. Bizə pulu Dilavər paylayırdı. Şəxsən mənə pulu Dilavər vermişdi. Amma Dilavərə pulun haradan gəldiyini bilmirəm. Ona görə deyə bilmərəm. Başqalarına da pul paylayırdılar. Mənim yanımda paylamışdılar. Meydanda kimi görürdülər, pul verirdilər.

JURNALİST: Heç kim bilmir bu pulun mənbəyi haradandır, pulları kim verir?

ANAR HƏŞİMOV: Xeyir, mən bilmirəm, onu bilən var, yoxsa yox. Yəqin böyüklər, hacılar bilər. Mən bilmirəm. Özləri öz aralarında bilərlər ki, bu pul haradan gəlir.

JURNALİST: Sən cavan oğlansan, necə düşünürsən, doğrudanmı mitinqi sosial problemlərə görə edirlər? Kənddə işıq, qaz varmı?

ANAR HƏŞİMOV: Bəli, işıq da, qaz da var.

JURNALİST: Bəs nəyə görə mitinq edirlər? Axı deyirsən ki, qəsəbənizdə hər şey vardır.

ANAR HƏŞİMOV: Guya tutulanların buraxılması üçün. Tutulanların buraxılmasını istəyirlər.

JURNALİST: Sən indi başa düşürsən ki, hacılar sizi düzgün yola çağırmırlar?

ANAR HƏŞİMOV: Bəli.

JURNALİST: Səhv etdiyini başa düşmüsən?

ANAR HƏŞİMOV: Bəli.

JURNALİST: İndi kənddə sənin kimi cavan oğlanlar çoxdur. Onlara sözün nədir?

ANAR HƏŞİMOV: Onlara təklif edərdim ki, bu yoldan çəkinsinlər.

X X X

JURNALİST: Tahir müəllim, axtarışda olan adamlar çadırda olublar. Yaşlı adamlardı. Gəncləri müxtəlif vasitələrlə oraya toplayırlar və yenə də qeyri- qanuni işlər görürlər...

TAHİR KAZIMOV: Söhbət cinayətkarların tutulmasından gedir. Bunun adı əməliyyat olsa da, əməliyyat tədbiridir. Əməliyyat zamanı axtarışda olan bir nəfər tutulubdur.

JURNALİST: Biz tutulan bir nəfərlə söhbət etdik. O, dedi ki, mənə on min manat pul verdilər və ikinci gecə idi ki, meydanda gecələyirdim. Yəni adamları meydana pulla cəlb ediblər. Sizin bu barədə məlumatınız varmı?

TAHİR KAZIMOV: Əvvəlki istintaq dövründə də, - bunu televiziya kanallarında da demişəm, Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun 2002-ci ilin avqustunda mətbuatda birgə bəyanatı verilmişdi, orada da qeyd olunmuşdu,- həm daxildə, həm də Azərbaycanın xaricində xalqımıza, dövlətimizə, iqtidara müxalif olan, düşmən olan qüvvələr Nardaran hadisələrindən öz məqsədləri üçün istifadə etmək istəyirlər. Bunun üçün ən iyrənc yollar seçmişlər, o cümlədən də ayrı-ayrı adamları pul ilə ələ almaq yolunu tutublar. Bu, təəssüf doğuran haldır. Amma fakt faktlığında qalır.

Bu gün də həmin adamlara yardımlar göstərilir ki, Nardaran qəsəbəsində bir qrup cinayətkar şəxsin ətrafına əlavə adamlar toplasınlar. Onların çirkin məqsədləri bəllidir. Guya Nardaranın bütün camaatı bir qrup cinayətkarla həmrəydir. Halbuki elə deyildir. Dediyim kimi, 15-16 nəfər şəxs ətraflarına pul və digər vasitələrlə adamlar toplayaraq göstərmək istəyirlər ki, guya bütün Nardaran camaatı bu cinayət əməllərini təqdir edir və onların tərəfindədir.

Daxil olmuş müraciətlərdə, həm daxili işlər, həm də digər dövlət orqanlarına gələn məlumatlar da onu göstərir ki, həmin cinayətkarların əməllərindən ən çox ziyan çəkən Nardaran qəsəbəsinin sadə insanlarıdır. Ona görə, bir məsələni də qeyd edim ki, axtarışda olan cinayətkarların tutulması ilə əlaqədar keçirilən bu tədbirə bəzi qəzetlərdə geniş yer verilmişdir. Guya qeyri-adi nəsə baş veribdir. Bu cür tədbirlər təkcə Azərbaycanda deyil, dünyanın hər yerində cinayətkarların tutulması məqsədi ilə keçirilir.

Azərbaycanda il ərzində on mindən çox cinayət hadisəsi baş verir. Bu cinayət hadisələrini insanlar törədirlər. Bu insanların tutulması üçün də on mindən çox tədbir keçirilir. Lakin o tədbirlərin heç birinə bu cür don geyindirilmir, bu barədə heç yazılmır və insanların bundan xəbəri olmur. Dediyim kimi, Nardaran qəsəbəsindəki bir qrup cinayətkar şəxsin əməllərindən bəhrələnmək istəyən, Azərbaycana düşmən olan şəxslər buna bu cür don geyindirməklə, bu cür hay-küy salmaqla öz çirkin məqsədləri üçün istifadə edirlər. Halbuki Nardaranda adi əməliyyat tədbiri keçirilibdir. Orada qəzetlərdə yazılan kimi, cəza tədbiri, qorxutmaq tədbiri və sair tədbir keçirilməyibdir. Axtarışda olan hər bir cinayətkar şəxs barəsində bu cür tədbirlər keçirilməlidir.

 

Azərbaycanın daxili işlər orqanları qonşu dövlətlərin əməliyyat orqanları ilə birgə həmin ölkələrin ərazisində gizlənən və axtarışda olan cinayətkarlar barəsində də tədbirlər keçirirlər. İl ərzində minə yaxın adam cinayət törətdiyinə görə xarici dövlətlərdən ekstradisiya qaydasında Azərbaycana gətirilir. Bu, təbii bir işdir. Bu cür tədbirlər həmişə olub və bundan sonra da olacaqdır. Çünki, cəmiyyət cinayətkarlardan təmizlənməlidir. Hamı cəmiyyətdə qanunlara riayət etməklə, qanuna əməl etməklə, qanunlara tabe olmaqla yaşamağa öyrəşməlidir. Özbaşınalıq ola bilməz.

JURNALİST: Tahir müəllim, siz qeyd etdiniz ki, Nardaranda əməliyyat zamanı xeyli silah-sursat ələ keçirilibdir.

TAHİR KAZIMOV: Bəli, tutulan 8 nəfərin ikisinin üstündə tapança, 3 nəfərdə əl qumbarası aşkar olunub. Məlumat alinmışdı ki, axtarılan şəxslərdən biri Nardarandakı meydanda qurulmuş çadırın yanındakı mağazadadır. Həmin mağazaya baxış keçirilərkən 4 ədəd əl qumbarasının gizlədildiyi aşkar edilmişdir. Cəmi 7 əl qumbarası, 2 ədəd tapança və patronlar aşkar edilib götürülmüşdür.

Bundan başqa, həmin hadisələr vaxtı, yəni əməliyyat keçirilən zaman polis işçisinə tərəf atılan əl qumbarası partlamışdır. Nəticədə polisin istifadə etdiyi avtomobilə ciddi ziyan dəyib və bir nəfər polis əməkdaşı qəlpə yarası alıb. Qəlpədən orada digər polis əməkdaşları da zədələnə, xəsarət ala bilərdilər. Bu cinayət əməli daha ağır nəticələrə səbəb ola bilərdi. Xoşbəxtlikdən əməliyyata gedən polis işçiləri zirehli geyimdən, xüsusi vasitədən istifadə etdiklərinə görə ağır nəticələr olmayıbdır.

YARALI POLİS ƏMƏKDAŞI: Axtarışda olanları müəyyənləşdirmək üçün İmam Hüseyn meydanında qurulan çadıra girdik. Bu zaman camaat üstümüzə gəldi. Özümüzü təqdim etdik ki, polis işçisiyik. Lakin buna baxmadılar. Üstümüzə doğru hərəkət edəndə, istər-istəməz biz də özümüzü qorumalıydıq. Bizi oradan qaçmağa məcbur etdilər. Biz nə qədər çalışsaq da, onları sakit edə bilmədik. Bundan sonra qarşıdurma yarandı. Onlar bizə müqavimət göstərirdilər. Üstümüzə dəmir parçası, əllərinə nə gəldi atırdılar. Biz məcbur olub onlardan aralanan zaman qumbaradan istifadə etdilər. Gördüyünüz kimi, bir çox əməkdaşımız ayağından, əlindən, hətta boğazından zədə alıb.

X X X

JURNALİST: Artıq xeyli vaxtdır ki, hüquq mühafizə orqanları qanunsuz silahların yığılması istiqamətində xeyli iş görüblər və müxtəlif regionlardan külli miqdarda qanunsuz silahlar toplanıbdır. Nardaranda əldə olunan bu silahlar təzə tipli silahlardır? Ümumiyyətlə, bu silahların haradan alındığını müəyyən edə bilmisinizmi?

TAHİR KAZIMOV: Hadisənin baş verməsindən cəmi bir gün keçibdir. Aşkar olunan silahların əldə edilmə mənbəyinin müəyyən olunması istiqamətində istintaq aparılır və bunu müəyyənləşdirməyə çalışacağıq. Lakin qeyd etdiyiniz kimi, Azərbaycanda qanunsuz silahların yığılması istiqamətində 1993-1994-cü illərdən başlayaraq xeyli iş görülüb, görülür və bundan sonra da görüləcəkdir. Ancaq etiraf etməliyik ki, vətəndaşlarda, xüsusən cinayət törətməyə meylli olan şəxslərdə hazırda belə silahlar qalmaqda davam edir.

Məlumat üçün deyim ki, elə iyun hadisələrindən sonrakı dövrdə Nardaran qəsəbəsində odlu silahlardan istifadə edilməklə törədilmiş iki cinayət hadisəsi baş veribdir. Bu, o deməkdir ki, həmin qəsəbədə cinayətə meyilli şəxslər də və həmin şəxslərdə odlu silahlar da vardır. Bu istiqamətdə də müəyyən əməliyyat tədbirləri aparılacaq. Eyni zamanda, bizim istintaqda bu işi araşdıracağıq.

JURNALİST: Tədbirlər zamanı saxlanılan şəxsi- Anar adlı oğlanı biz dindirdik. O dedi ki, bu hadisələr zamanı ağsaqqalların sözündən çıxa bilməyib və meydana gəlibdir. Yəni məcbur olub iştirak edibdir. Belə məcburiyyət nəticəeində meydana toplaşan adamların sayı çoxdur. Kimi pul üçün, kimi ağsaqqalların sözündən çıxa bilməyib gəlib. Bu istiqamətdə hansı profilaktik tədbirlər görmək olar?

TAHİR KAZIMOV: Mən çıxışımın əvvəlində də dedim. Nardaranda cinayət hadisələrini törətmiş şəxslər insanları müxtəlif vasitələrlə öz ətrafında toplamağa çalışırlar. Bununla da onlar məsuliyyətdən yaxa qurtarmaq istəyirlər. Belələrinin arasında həm gənclər, həm də yaşlı adamlar var. Onların bəzisini pul ilə, bəzisini digər vasitələrlə, bir sözlə kimin nəyə meyli varsa, o vasitə ilə meydana, mitinqə, qanunsuz əməllərə sövq edirlər.

Təbii ki, hüquq-mühafizə orqanlarının işi cinayət törətmiş şəxslərin cəzalandırılması və qanunsuz əməllərdən çəkindirmək üçün profilaktik tədbirlər görülməsindən ibarətdir. Eyni zamanda, zənnimcə, profilaktika işində təbliğat-təşviqat işi görən adamların da müəyyən xidmətləri olmalıdır ki, həmin insanlar pis yolda olduqlarını anlasınlar.

Mənə verdiyiniz bu imkandan istifadə edib bir daha təkrar edirəm: İnsanlar anlamalıdırlar ki, qanunu pozmaqla yaşamaq olmaz. Qanunlara riayət etməklə yaşamaq lazımdır. Qanunu pozan şəxslər qanunun bütün ciddiliyi ilə cəzalanacaqlar. Ölkəmizdə söz azadlığı var, demokratiya var. Lakin bunlardan sui-istifadə edib qanunları pozmaq, digər insanların hüquq və azadlıqlarının məhdudlaşdırmaq olmaz. Qanunu pozanlar cəzalanmalıdırlar.

Əlbbətdə, meydana müxtəlif vasitələrlə toplananları çəkindirmək üçün prafilaktik işlər görülməlidir. Həm hüquq-mühafizə orqanları, həm də digər orqanlar tərəfindən. İnsanların özləri də belə işlərdən çəkinməlidirlər.

 

JURNALİST: İndiki şəraitdə adamlar meydandan çəkilib getsələr, bu, yaranmış vəziyyətə necə təsir göstərə bilər?

TAHİR KAZIMOV: Təbii, bunun çox böyük faydası olar. Cinayət törətmiş şəxslər, baxmayaraq ki, onlar cinayət törədiblər, əgər imkan versələr ki, camaat dağılıb getsin, onların barəsində heç bir tədbir görülməyəcək. Bu, təbii haldır. Yəni heç kim qanunu pozmayıbsa, nə tədbir görülə bilər?! Axı, qanunlarımızın humanizm tərəfi də var. Cinayətinin səmimi peşmançılığını çəkən, təqsirini etiraf edən, cinayətin açılmasına, istintaqın aparılmasına kömək göstərən şəxsə bu və ya digər səviyyədə qanunun humanizmi tətbiq olunacaqdır.

Lakin hər bir halda bütün işlər qanun çərçivəsində olmalıdır. Qanundan kənar heç nə ola bilməz. Qanun imkan verirsə, güzəşt olacaq. Cinayət törətmiş şəxslər barəsində də qanunun humanizm tərəfi tətbiq olunacaqdır. Yalnız bu şərtlə ki, onlar qanuna tabe olsunlar, qanunu pozmaqda davam etməsinlər. İstintaqa, məhkəmənin çağırışına gəlsinlər və qanuna tabe olduqlarını bəyan etsinlər.

APARICI: Törədilən heç bir cinayət cəzasız qalmır. Məsuliyyətdən yaxa qurtarmaq üçün müxtəlif üsullara əl atmaq qanuna zidd əməllərin sayını daha da artırır.

Polis əməkdaşlarının fevralın 5-də keçirdikləri əməliyyat tədbirləri nəticəsində axtarışda olanlardan yalnız bir nəfəri - Həmid Yaxşıbəyov həbs edildi. Tutulanlardan 7 nəfəri isə polis işçilərinə müqavimət göstərən qəsəbə sakinləridir. Onlardan 2 ədəd tapança, bu silahlar üçün patron, 7 ədəd əl qumbarası götürülüb. Axtarışda olanların əksəriyyəti isə məsuliyyətdən yenə də yayınıblar. Görəsən, onların cinayətə sürükləyəcəyi növbəti qurbanlar kim olacaqdır? Nə qədər ki, gec deyil, bu barədə ciddi düşünmək lazımdır!

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qadın voleybolçularımız Avropa çempionatının pley-off mərhələsində Türkiyə yığması ilə qarşılaşacaq

Tramp ABŞ Kosmik Akademiyasının təsis edilməsi haqqında fərman imzalayıb

Bakıda çimərlik güləşi üzrə Dünya Seriyasının açılış mərasimi olub

Naxçıvanda avtomobil piyadanı vurub

Yelizaveta Ruban: Bu gün qalib gəlmək arzusunda idik, təəssüf ki, alınmadı

Hesablama Palatasında kollegiya iclası olub

Faiq Qarayev: Texniki səhvlər bizə imkan vermədi ki, Niderlandla oyunda qələbə qazanaq

Türkiyədə meşə yanğını: bəzi evlər boşaldılır

Media: “Volkswagen”in Osnabrükdəki zavodunda hərbi təyinatlı avadanlıq istehsal oluna bilər

Finlandiya bələdiyyələri işsizlik səbəbindən xərclərin kəskin artması ilə üzləşib

Qusarın Yasab, Həzrə, İmamqulukənd və Qaratoba kəndlərində yeni məktəb binaları inşa olunacaq

Türkiyənin Zəfər bayramı və Silahlı Qüvvələr Günü Bakıda qeyd olunub VİDEO

Türkiyənin Zəfər bayramı və Silahlı Qüvvələr Günü Bakıda qeyd olunub VİDEO

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Niderland kollektivi ilə qarşılaşıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan və Belarus Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb

Yeni tədris ilində metroda qatarlar arasında interval azaldılacaq VİDEO

Yeni tədris ilində metroda qatarlar arasında interval azaldılacaq VİDEO

Polşanın Azərbaycandakı səfiri XİN-ə çağırılıb

® Beynəlxalq səviyyəli cərrah

Rusiya Macarıstana neft və qaz tədarükünü dayandıra bilər

® Tibb və təhsil işçilərinə güzəştli kredit imkanı – illik 8,5%-dən

Qəbələdə özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara, günərzi qayğı və reabilitasiya mərkəzlərinə baxış olub

İğdırda “Xarıbülbül” adlı əl işləri sərgi-yarmarkası keçirilir VİDEO

İğdırda “Xarıbülbül” adlı əl işləri sərgi-yarmarkası keçirilir VİDEO

AMEA ilə Bolqarıstan Elmlər Akademiyası arasında əməkdaşlıq genişlənir

Bakıda mağazada saxta içkilər aşkarlanıb

İspaniya qeyri-qanuni miqrantlarla bağlı qaydaları sərtləşdirir

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Rüfət Babayev ilə MÜSAHİBƏ VİDEO

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Rüfət Babayev ilə MÜSAHİBƏ VİDEO

İslandiyada Aİ-yə üzvlüklə bağlı danışıqların bərpasına dair referendum olacaq

Aygün Attar: Azərbaycan–Özbəkistan müttəfiqliyi vahid geoiqtisadi məkan formalaşdırır

AzTU nümayəndə heyəti Almaniyada Otto fon Qerike adına Maqdeburq Universitetində olub

Almaniya bu il iqlim hədəfinə nail olmamaq riski ilə üzləşib

Avarçəkmə üzrə ölkə çempionatında ilk: kayakda qarışıq cütlüklər yarışacaq

Kəlbəcərə dolu yağıb VİDEO

Kəlbəcərə dolu yağıb VİDEO

Bakıda və İmişlidə ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Şimali Koreyanın nüvə potensialını 100 min dəfə artırdığı açıqlanıb

Nazir Məcnun Məmmədov Qobustanda vətəndaşlarla görüşüb

33 illik həsrətdən sonra açılan qapı...

Xəyal Bəşirov: Bakı və Daşkənd müttəfiqlik əlaqələrini regional miqyasda genişləndirir

Asif Şirəliyev: Dünya çempionatında hakimlərimizin qərarları narazılıq yaratmayıb VİDEO

Asif Şirəliyev: Dünya çempionatında hakimlərimizin qərarları narazılıq yaratmayıb VİDEO

Qlobal şirkətlərdən süni intellekt mənşəli kibertəhdidlərə qarşı “ortaq müdafiə” çağırışı

Azərbaycan ilə Türkiyənin ali təhsil əməkdaşlığında yeni mərhələ

Baş məşqçi: Çimərlik güləşi üzrə U-17 yığmamızın nəticəsi tarixi uğurdur VİDEO

Baş məşqçi: Çimərlik güləşi üzrə U-17 yığmamızın nəticəsi tarixi uğurdur VİDEO

Bakı istintaq təcridxanasında həbs edilmiş şəxsə qadağan olunmuş əşyaların ötürülməsinin qarşısı alınıb

“Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 19 mart tarixli 631 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

“Sosial sığorta ehtiyatından istifadə Qaydası”nın və “Sığortaolunanlar üzrə xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanının icrası ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2017-ci il 26 sentyabr tarixli 13-1 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının QƏRARI

® PR və onun əsasları

Dövlət orqanlarında vakant inzibati vəzifələr üzrə daxili müsahibə elan edilib

Milli Məclisin sədri: Geosiyasi gərginliklər inkişafa mane olur və bərabərsizliyi dərinləşdirir

DTX-nin “Bilgəh” istirahət mərkəzində Vətən müharibəsi iştirakçıları ilə görüş təşkil edilib

® “PAŞA Holding”in və “YAŞAT” Fondunun birgə təşkilatçılığı ilə altıncı “Məktəbli ləvazimatları” layihəsi reallaşdırılır

Məşqçi: Yay İdman Festivalında cüdo idman növünə böyük maraq göstərilir VİDEO

Məşqçi: Yay İdman Festivalında cüdo idman növünə böyük maraq göstərilir VİDEO

AzTU tələbələrindən Çində yüksək nəticə: 2 qızıl, 1 gümüş medal

Lisey və gimnaziyalarda şagird qəbulu üzrə seçimlərin II mərhələsi başlayıb

ADAU tarixində ən yüksək tələbə qəbulu: plan yerləri ilkin mərhələdə 98 faiz dolub

Rahid Əmirquliyev: “Qarabağ” avrokuboklara daha güclü qayıdacaq

Altı yüzdən çox xaçmazlı məzun tələbə adını qazanıb

Azərbaycan oxatanları Belarusda iki medal qazanıblar

Ekspert: Türkiyə Zəngəzur dəhlizi vasitəsilə Türk dünyası ilə daha yaxşı əlaqə yarada biləcək

Kayrat Osmonaliyev: Azərbaycan-Qırğızıstan əməkdaşlığı tranzit və investisiya imkanlarını genişləndirir

Səfir: Pakistan Azərbaycanın strateji mövqeyindən böyük fayda əldə edə bilər

Əmək və əhalinin sosial müdafiəsi naziri Qəbələdə vətəndaşların müraciətlərini dinləyib

“Azəriqaz”ın baş direktoru Qaxda vətəndaşların müraciətlərini dinləyib

Laçında səyyar stomatoloji aksiya təşkil edilib

Qara dənizdə gərginlik Baltik buğdasına marağı artırıb

İşğaldan azad olunmuş ərazilərdə daha 40-dək şəxs üçün kiçik ailə biznesləri yaradıldı VİDEO

İşğaldan azad olunmuş ərazilərdə daha 40-dək şəxs üçün kiçik ailə biznesləri yaradıldı VİDEO

BMU-ya qəbul göstəriciləri son illərin ən yüksək səviyyəsinə çatıb

Ay tutulması psixologiyamıza təsir edirmi? – mütəxəssisdən açıqlama

Alp dağlarında yaranan təhlükə ilə bağlı xəbərdarlıq edilib

Paytaxtın bu küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Qətər LNG tədarükü üzrə fors-major müddəti uzadıb

UNEC ilə Özbəkistanın ali məktəbləri arasında akademik və elmi tərəfdaşlıq genişləndiriləcək

Basketbol millisinin məşqçisi: Yay İdman Festivalı gənclər üçün çox faydalı təşəbbüsdür

Hindistanın valyuta ehtiyatları rekord səviyyəyə yüksəlib

Azərbaycan Kinematoqrafçılar İttifaqının konfransı sentyabrda keçiriləcək

“Trabzonspor”un Konfrans Liqasındakı rəqibləri bəlli olub

SOCAR-ın Qaz İxrac İdarəsinin qeyri-neft sektoru üzrə ixrac gəlirləri açıqlanıb

Yerüstü Nəqliyyat Agentliyi sahibkarlara göstərilən xidmətlərin sayını açıqlayıb

İdman qidaları satılan mağazada plandankənar yoxlama aparılıb

Dövlət orqanlarında daxili müsahibələrin keçirilmə qrafiki müəyyənləşdirilib

“AzərEnerji”nin ixrac gəlirləri 87 faizdən çox artıb

Deputat: Ballıqaya faciəsini gələcək nəsillərə çatdırmalıyıq

Şair Sahib Məmmədov: Süni intellektin hələlik “mən niyə yaradıram?” sualına öz cavabı yoxdur

Azərbaycanın UNESCO-dakı yeni daimi nümayəndəsi etimadnaməsini Baş direktora təqdim edib

Elektrikin kəsilməsi işıqforların fəaliyyətinə təsir göstərməklə yol hərəkətinin təşkilinə də çətinliklər yarada bilər – Ekspert rəyi

Azərbaycan-Özbəkistan münasibətləri Mərkəzi Asiya-Cənubi Qafqaz əlaqələrinin güclənməsinə xidmət edir RƏY

Ekspertlər: Qlobal istiləşmə ilə Nepaldakı fəlakət arasında birbaşa əlaqə qurmaq hələ tezdir

“Euronews” Orta Dəhlizin inkişafında Azərbaycanın rolundan bəhs edən reportaj yayımlayıb

FIFA Argentina millisinin futbolçularına verilən cəzaları yüngülləşdirib

Prezident İlham Əliyevin siyasi uzaqgörənliyinin növbəti təzahürü: Köçəryan-Sarkisyan tandeminin mühakiməsi – ŞƏRH

Türkiyənin Milli Müdafiə Universitetində və Heydər Əliyev adına Hərbi İnstitutda təhsil almaq imkanı

Avropa Liqası: “Beşiktaş”ın əsas mərhələdəki rəqibləri müəyyənləşib

NDU-nun “Enactus” komandası Azərbaycan çempionu olub

Mahir Qəribov: “Azərbaycan Mədəniyyəti - 2040” Konsepsiyası tarixi irslə gələcək arasında mənəvi körpü yaradır

Saatlı və Mingəçevir sakinləri kibertəhlükəsizlik məsələləri ilə bağlı marifləndirilib

Prezident Kitabxanasında Beynəlxalq Azərbaycan Muğamı Günü qeyd edilib VİDEO

Prezident Kitabxanasında Beynəlxalq Azərbaycan Muğamı Günü qeyd edilib VİDEO

Satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmindən faydalanan ailələrin sayı 10 mini keçib

Qanunsuz onlayn kazino əməliyyatları çərçivəsində daha 3 nəfər saxlanılıb VİDEO

Qanunsuz onlayn kazino əməliyyatları çərçivəsində daha 3 nəfər saxlanılıb VİDEO

Mütəxəssis: Azərbaycan startaplarının Özbəkistan bazarına çıxması üçün geniş imkanlar var

Kəlbəcər və Laçın sakinlərinin müraciətləri dinlənilib

“Oğlum buranı tərk etdiyim yaşdadır” - Şükürbəyliyə qayıdışın hekayəsi VİDEO

“Oğlum buranı tərk etdiyim yaşdadır” - Şükürbəyliyə qayıdışın hekayəsi VİDEO

ADAU rektoru tələbə adını qazanan şəhid anası ilə görüşüb