Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

“Nargin – saralmış kədər”in solmayan rəngi

Bakı, 19 avqust, Abdulla Suvar, AZƏRTAC

Bakıdan 10 kilometr aralı, çoxlarının görmədiyi, getmədiyi bir yer var. Adını eşitsək də, xəritədə görsək də, ayağımız ora dəyməyib, bəlkə də heç dəyməyəcək. Əməkdar jurnalist Yunis Orucovun “Nargin - saralmış kədər” kitabı bir növ o yerlərə qiyabi ekskursiya təşkil edir. Kitabı oxuduqca elə təsir oyanır ki, nə vaxtsa Nargin adasını gəzib-dolaşmışıq və Xəzərin qoynundakı bu ada səsimiz eşidiləcək qədər yaxındır. Bəlkə də elə bu duyğuların təsiri ilə müəllif yazır: “Elə yerlər var ki, insan mütləq ora getmək istəyir. Mən də çox istədim Narginə gedim. Yəqin, burada bir tale, bir qismət işi də var imiş ki, Narginə gəlmək nəsibimiz oldu...

...Nargində hər yer naməlum qəbirdir. Burada on mindən çox türk hərbçisi aclıqdan, susuzluqdan, dərmansızlıqdan, işgəncədən dünyasını dəyişib. Nargin qanı, dili, dini bizdən olanların son mənzili olub. Yüz ildən də çox vaxt keçib, amma bu ağrı əsla azalmayıb, əcdadların fəryadına çevrilib...”.

AZƏRTAC xəbər verir ki, Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun (MİMTA) oxucuların marağını nəzərə alaraq qısa vaxtda artıq ikinci dəfə nəfis şəkildə nəşr etdirdiyi “Nargin - saralmış kədər” romanında XX əsrin ikinci onilliyində baş verən hadisələr əksini tapıb. Uzun axtarışlar və araşdırmalar nəticəsində ərsəyə gələn roman tarixi faktlar əsasında qələmə alınıb və real hadisələr təsvir olunur. Azərbaycan ədəbiyyatında Nargin mövzusuna həsr olunan ilk ədəbi əsərdə insan taleləri, ağır dramatik həyat səhnələri xatırlanır. Romanda ziyalılar, maarifpərvərlər, milyonçudan tutmuş sadə adamlara qədər qeyrətli soydaşlarımızın göstərdiyi təmənnasız fədakarlıqlar qələmə alınıb.

“Nargin - saralmış kədər” romanında Birinci Dünya müharibəsi gedişində Nargin adasında əsir tutulan minlərlə türk hərbçisinin taleyindən, onların işgəncələrlə dolu həyatından, Azərbaycan xalqının, ziyalıların və milyonçuların əsirlərin adadan qaçırılaraq xilas edilməsi yolunda göstərdiyi fədakarlıqlardan söhbət açılır. Roman həm də Azərbaycan-Türkiyə qardaşlığının tərənnümü baxımından olduqca əhəmiyyətlidir.

Tarixin olduqca mürəkkəb dövründən bəhs edən roman yeddi hissədən ibarətdir və Nargin onları bir süjet xəttində birləşdirir. Həmin hissələrin hər birində zamanın, dövrün, müharibələrin, məkrin və xəyanətin insan taleyində açdığı yaraların izləri görünür.

Əsərdə obrazlar arasında fərqli vəziyyətlərdə və məkanlarda müxtəlif dialoqlarla rastlaşırıq. Milyonçu Tağıyevin, türklük aşiqi Ənvər Paşanın, bütün həyatını xeyriyyə işlərinə sərf edən Sona Hacıyevanın, öz evində namərdcəsinə güllələnən Murtuza Muxtarovun, Nargin adasında əsir tutulan Türkiyə tarixinin ilk pilotu Vecihi Hürkuşun, adada yaşanan faciəni öz gözləri ilə görən doktor Nəriman Nərimanovun dilindən səslənən ifadələr Azərbaycan-Türkiyə ortaq tarixinin ən ağrılı və qəhrəmanlıq dolu salnaməsinə işıq tutur. 1914-1918-ci illərdə davam edən Birinci Dünya müharibəsinin gedişində Qafqaz cəbhəsində əsir alınaraq Nargində saxlanılan minlərlə türk hərbçisinin məşəqqətli həyatı oxucunun gözləri önündə canlanır.

Müəllif yazır: “İnsan nə qədər güclüdürsə, demək, o qədər ağrı çəkir. Nargin həmişə mənə güclü, həm də ağrı çəkən insanı xatırladıb. Ucsuz-bucaqsız Xəzərin ortasında qərar tutmuş bu qatil adada bir vaxtlar baş verənlər hələ də millətin qanayan yarasıdır, bura insanlığın öldüyü yerdir. Burada zəiflərin bəxti gətirməyib, ancaq güclülər sağ qalıblar. Onların da ölümə qalib gəlməsinin bir səbəbi vardı: ümidə sarılmaq, xəyal quraraq yaşamaq...”

Roman olduqca canlı boyalarla qələmə alınıb, mübaliğə, yalan və uydurmalardan uzaqdır. Yazıçı həmin dövrün tarixi həqiqətləri barədə kifayət qədər dolğun məlumata malik olduğuna görə roman maraqlı faktlarla zəngindir. Tarixi və məsuliyyətli bir mövzuda, həm də tariximizin kifayət qədər mübhəm qalan, üz tutulmamış səhifəsinə baş vurmaq müəllifdən böyük cəsarət və ədəbi ustalıq tələb edir. Qatı açılmamış səhifələri vərəqləmək, onlara bugünkü prizmadan baxmaq çox ağır, ağır olduğu qədər də çətin və gərəkli işdir. Romanın bir qayəsi də yüz il əvvəl olanlara yüz il sonrakı canlı və müasir baxışdır. Bəlkə də Nargində ağır və dözülməz iztirablar çəkən türk oğullarının ruhu o qədər müqəddəs və pak olub ki, bir əsrdən sonra yenidən yaddaşlara ötürülüb...

AMEA-nın müxbir üzvü, professor Musa Qasımlının kitaba yazdığı “Nargin - qardaş harayının rəmzi...” sərlövhəli yazısında həmin dövrün tarixi mənzərəsinə qısaca ekskurs edərək bildirir ki, müəllifin qələmə aldığı mövzu artıq tarixi tədqiqat sərhədlərini aşaraq ədəbiyyata ayaq açıb. Tarixçi-alim yazır: “Üstündən 100 ildən çox vaxt keçsə də, bu mövzunun hələ də aktuallığını qoruyub saxlaması bir çox mətləblərdən xəbər verir. Çünki biz Nargin əsirlərinin taleyinə yalnız Birinci Dünya müharibəsinin gətirdiyi fəlakətlər, qardaşlarımızın üzləşdiyi faciələr prizmasından deyil, ən çətin anlarda polad birliyimizin nümayişi bucağından baxırıq. Bu baxımdan Yunis Orucovun romanını, eyni zamanda, gələcək nəsillərə yönəlmiş manifest də adlandırmaq olar”.

Əsərdə xalqımızın iki böyük övladının - Nəriman Nərimanovun və Məhəmməd Əmin Rəsulzadənin obrazları da diqqət çəkir. Onların arasındakı dialoq olduqca canlı və səmimi qurulub. Dövrün, zamanın üz-üzə qoyduğu hər iki tarixi şəxsiyyətin qarşılaşması olduqca təsirlidir.

Yunis Orucovun ilk romanında diqqəti çəkən məqamlardan biri də oxucunu axıra qədər öz ardınca aparmasıdır. Hadisələr o qədər canlı təsvir edilir ki, oxucu əsərin qəhrəmanları ilə birlikdə ağrıyır, yanıb-yaxılır, sızlayır, həyəcanlanır... Əlbəttə ki, bu, yazıçının uğuru və mövzuya peşəkar yanaşmasının nəticəsidir.

Kitabın redaktoru, Əməkdar jurnalist Firuzə Nadir “Saralmış kədərin səssiz harayı” sərlövhəli yazısında qeyd edir ki, romanı su içimi kimi sürətlə oxunur, çünki təhkiyə sadə, dil rəvan və oxunaqlı, dialoqlar isə canlıdır.

“Nargin - saralmış kədər” romanı tarixi həqiqətlərə güzgü tutmaq, keçmişimizin unudulmaz və ağrılı səhifələrini yenidən yaşatmaq, xatırlatmaq baxımından olduqca faydalı və gərəkli bir bədii əsər kimi çox böyük maraq doğurur və düşündürür, Azərbaycan və Türkiyə qardaşlığının tarixin hansı sınaqlarından keçdiyini bir daha nümayiş etdirir. Hər halda müəllifin özünün dediyi kimi, “kədəri və qədəri birləşdirən” Nargin adasında cərəyan edən hadisələri bədii əsərə çevirmək təkcə ədəbiyyat hadisəsi deyil, həm də yüz il əvvəlki keçmişə pəncərə açmaq, ona boylanmaqdır. Elə pəncərə ki, oradan tez-tez baxmaq və ibrətli nəticələr çıxarmaq lazımdır...

Həm də görünür Nargin adasında baş verənləri romanlaşdırmaq Yunisin qismətində varmış. O, bununla həm də özünü bir qələm adamı kimi tarixiləşdirdi, özü də əbədi...

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib