NARKOTİK MADDƏ GÖTÜRÜLMÜŞDÜR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, keçirilən əməliyyat tədbirləri nəticəsində polis əməkdaşları Bakı şəhər sakinləri Rəşid Hüseynovdan 0,219 qram, əvvəllər məhkum olunmuş Fuad Rəsulovdan 0,216 qram, Aslan Aslanovdan 0,221 qram heroin, Rövşən Nuriyevdən 787,48 qram həşiş, Binə qəsəbə sakini Etibar Ağayevdən 1,551 qram heroin götürmüşlər.
Ağdaş rayon polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Vüqar Abdullayevin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 1,750 qram olan 2 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.
Qazax rayonunun polis əməkdaşları tərəfindən isə Salahlı kəndində yabanı halda bitmiş, çəkisi 1,595 kiloqram olan 5800 ədəd çətənə kolu yığılaraq məhv edilmişdir.
Faktlarla bağlı araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]