NARKOTİK MADDƏLƏR GÖTÜRÜLMÜŞDÜR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Narkotiklərlə Mübarizə Baş İdarəsinin cənub bölgəsində regional şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Masallı rayon sakini Taleh Ağayevdən 0,207 qram heroin götürülmüşdür.
Nəqliyyatda Baş Polis İdarəsinin işçiləri Balakən rayon sakini Vasif Balabəyovdan 440 qram marixuana, Yasamal Rayon Polis İdarəsi 26-cı bölməsinin əməkdaşları isə Salyan rayon sakini Taleh Cəlilovdan 1,048 qram heroin və 4,151 qram həşiş müsadirə etmişlər.
Faktlarla bağlı cinayət işi açılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]