NARKOTİK MADDƏLƏR GÖTÜRÜLMÜŞDÜR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi 6-cı bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Z.Yusifzadə küçəsində yaşayan Samir Məmmədovdan 0,229 qram, Babək rayon sakini Məmməd Şahbazovdan 0,335 qram heroin götürülmüşdür.
Çevik Polis Alayı və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları Ceyhun Məmmədovdan 0,218 qram, Nizami Rayon Polis İdarəsinin işçiləri əvvəllər məhkum olunmuş Şərif Rüstəmovdan 0,244 qram, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları isə rayon sakini Mehman Zəkiyevdən 0,947 qram heroin müsadirə etmişlər.
Faktlarla bağlı cinayət işi açılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]