NARKOTİK MADDƏLƏR GÖTÜRÜLMÜŞDÜR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Siyəzən şəhər sakini Samir Maqsudov 25,27 qram marixuananı əvvəllər məhkum olunmuş Mais Əliyevə, o da narkotik vasitəni Rövşən Adbullayevə, sonuncu isə Qusar rayon sakini Mahir Rzayevə satmışdır. Siyəzən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində S.Maqsudov, M.Əliyev və R.Abdullayev tutulmuş, M.Rzayevin saxlanması üçün tədbirlər görülür.
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Elşən Əzimovdan 2,5 kiloqram marixuana, Bəybala Xalıqovdan isə 0,69 qram marixuana, Oğuz Rayon Polis Şöbəsinin işçiləri Nəriman Yəhyayevdən 1,53 qram həşiş, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları isə Corat qəsəbə sakini Ağakərim Abdullayevdən 0,212 qram heroin müsadirə etmişlər.
Faktlarla bağlı cinayət işi açılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]