NARKOTİK MADDƏLƏR GÖTÜRÜLMÜŞDÜR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Narkotiklərlə Mübarizə Baş İdarəsi və Qazax Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qazax-Cəfərli yolundakı meşə zolağında yabanı halda bitmiş, çəkisi 1,87 ton olan 6 min 850, Şəki Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Oryat kəndinin ərazisində yabanı halda bitmiş, çəkisi 3,5 ton olan 35 min, Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə rayonun girişində yabanı halda bitmiş, çəkisi 813 kiloqram olan 3126 kənaf kolu yığılaraq məhv edilmişdir.
Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları əvvəllər məhkum olunmuş Hamlet Novruzovdan 0,4 qram, Nizami Rayon Polis İdarəsinin işçiləri isə Tahir Sadıxovdan 0,036 qram heroin götürmüşlər.
Faktlarla bağlı cinayət işi açılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]