NARKOTİK MADDƏNİ SATA BİLMƏDİLƏR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində, Şahağac kənd sakini Fərmayıl İsaqov və qardaşı Əflatun 1,053 qram heroini 36 manata satarkən tutulmuşlar. F.İsaqovun evinə baxış zamanı əlavə 1,084 qram heroin aşkar edilmişdir.
Narkotiklərlə Mübarizə Baş İdarəsinin işçiləri Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Elxan Tahirovla Fikrət Həsənovdan müvafiq şəkildə 0,259 qram və 0,223 qram, Gəncə Şəhər Polis İdarəsinin əməkdaşları isə şəhər sakini Rauf Həsənovdan 0,206 qram heroin müsadirə etmişlər.
Faktlarla bağlı cinayət işi açılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]