NARKOTİK VASİTƏLƏR AŞKAR EDİLMİŞDİR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Füzuli rayon sakini Əliyar Quliyevə məxsus “VAZ-2106” markalı avtomaşından 801,2 qram həşiş aşkar edilərək götürülmüşdür.
Baş Mühafizə İdarəsi, Kürdəmir Rayon Polis Şöbəsi və Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları əvvəllər məhkum olunmuş Rəşad İsmayılovdan 54,72 qram marixuana, Narkotiklərlə Mübarizə Baş İdarəsinin əməkdaşları əvvəllər məhkum olunmuş Rövşən Bayramovdan 0,414 qram, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin və Nizami Rayon Polis İdarəsinin işçiləri Rəşad Bağırovdan 0,275 qram, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları İlkin Əhmədovdan 0,227 qram, Yavər Heydərovdan 0,218 qram, Səbail Rayon Polis İdarəsinin 9-cu bölməsinin əməkdaşları əvvəllər məhkum olunmuş Mahir Ağabəyovdan 1,139 qram, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları Mübariz Məhərrəmovdan 0,3 qram heroin aşkar edərək götürmüşlər.
Faktlarla bağlı cinayət işi açılmışdır, təhqiqat aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]