NARKOTİK VASİTƏLƏR TUTULMUŞDUR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Cabir Qəmbərovdan 27,154 qram tiryək tutmuşlar.
Səbail Rayon Polis İdarəsinin əməkdaşları Bakı şəhər sakini Ülvi Muradovdan 1,035 qram, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları Biləcəri qəsəbə sakini, əvvəllər məhkum olunmuş Mehman Alışovdan 2,273 qram, Gəncə Şəhər Polis İdarəsinin əməkdaşları Göygöl rayon sakini Ceyhun Əsgərovdan 0,204 qram, Kəpəz Rayon Polis Şöbəsinin əməkdaşları Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Vaqif Babakişiyevə məxsus “VAZ-2103” markalı avtomaşına baxış zamanı 0,183 qram heroin götürmüşlər.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Bakı şəhər sakinləri Nəcəf Orucludan, Anar Təhməzovdan, Rüfət Əliyevdən və Xırdalan şəhər sakini Cavid Hüseynovdan ümumi çəkisi 1,5 qram heroin tapmışlar. Onlara narkotik vasitəni satmış Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Qafil Fərəcov tutulmuş, ondan 4 qram heroin aşkar edilmişdir.
Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Pərvanlı kəndində yabanı halda bitmiş, çəkisi 510 kiloqram olan 2070 ədəd çətənə kolu yığılaraq məhv edilmişdir.
Faktlarla bağlı araşdırmalar aparılır.