ELM VƏ TƏHSİL
NASA Yerdən kənar həyatın varlığını təsdiqləyib
Bakı, 3 avqust, AZƏRTAC
NASA-dan olan alimlərin təhqiqatları Yerdən kənar həyatın olduğunu təsdiqləyib.
Azərbaycan Milli Elmlər Akademiyasından AZƏRTAC-a bildirilib ki, alimlər Yerə həyatın meteorit vasitəsilə kənardan gətirilməsi barədə əvvəllər irəli sürülmüş nəzəriyyəni təsdiqləyiblər.
Tədqiqatın özəyində belə bir qənaət durur ki, Yerə kosmosdan Vitamin B 3 kimi tanınan nikotin turşusu molekulları gətirilə bilərdi. Bir çox illər ərzində onları bolidlərin tərkibində tapıblar. Alim Karen Smit bildirib ki, onun rəhbərliyi altında təhqiqatçılar səkkiz meteoriti öyrəniblər. Onların tərkibində Vitamin B 3 molekulları müəyyənləşdirilib.