MƏDƏNİYYƏT
Nasir Əbdüləziz Əl-Nasir: Dinlər və mədəniyyətlərarası dialoqun təşviqi sahəsində Azərbaycanla əməkdaşlıqdan məmnunuq VİDEO
Paris, 6 dekabr, AZƏRTAC
Biz Azərbaycan dövləti ilə tərəfdaşıq. Bu gün beynəlxalq təşkilatların Azərbaycan dövlətinin təşəbbüsünə, xüsusilə də Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülmüş və gələn ilin mayında Bakıda keçiriləcək Foruma hazırlığa göstərilən dəstəkdən çox məmnunuq.
Bu fikri AZƏRTAC-a müsahibəsində BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir söyləyib.
O qeyd edib ki, ekspertlərin görüşlərində, panel iclasda Forumla bağlı maraqlı təkliflər, fikirlər səsləndirilib.
“Azərbaycanın mədəniyyətlərarası dialoqun təşviqinə göstərdiyi davamlı dəstəyi yüksək qiymətləndirirəm. Bu gün bizim sülh yaratmağa ehtiyacımız var. Bu, dialoqsuz mümkün deyil.
Bu böyük təşəbbüsdür, mən Nyu-Yorkdan bu təşəbbüsə dəstəyimi ifadə etmək üçün gəlmişəm. Bakı Forumunun tərəfdaşlarından biriyik. Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq edirik. Cari ilin aprel ayında Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakıda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu böyük müvəffəqiyyətlə keçdi. Biz ölkənizlə tərəfdaşlıqdan çox razıyıq. Dinlər və mədəniyyətlərarası dialoqun təşviqi sahəsində Azərbaycan hökuməti ilə əməkdaşlıq etməkdən məmnunuq”, - deyə Nasir Əbdüləziz Əl-Nasir bildirib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris