NATO “Dacian Fall 2025” təlimlərinə start verib
Buxarest, 20 oktyabr, AZƏRTAC
Rumıniya və Bolqarıstan ərazisində NATO-nun “Dacian Fall 2025” adlı hərbi təlimləri başlayıb.
AZƏRTAC xəbər verir ki, təlimlərə 5 mindən çox hərbçi və 1 200-dən artıq döyüş texnikası ilə Belçika, Bolqarıstan, İspaniya, İtaliya, Lüksemburq, Polşa, Portuqaliya, Rumıniya, Şimali Makedoniya və Fransa qoşunları cəlb olunub. Manevrlər alyansın şərq qanadında yerləşən qoşunların sayını briqada səviyyəsinə qaldırmaq prosesinin son mərhələsini təşkil edir. Təlimlər oktyabrın 20-dən noyabrın 13-nə qədər davam edəcək.
Tədbirin əsas məqsədi NATO-nun “Cənub-Şərq” diviziyası çərçivəsində çoxmillətli qüvvələrin qarşılıqlı əməliyyat qabiliyyətini artırmaq və birgə fəaliyyət mexanizmlərini təkmilləşdirməkdir.
Rumıniya Müdafiə Nazirliyinin məlumatına görə, bu komandanlıq 2015-ci ildə yaradılıb və əsas vəzifəsi NATO-nun cənub-şərq cinahında kollektiv müdafiə əməliyyatlarını əlaqələndirməkdir.
Qeyd edək ki, Rumıniyada 2022-ci ildə yaradılmış irəli hərbi qrup alyansın müdafiə strategiyasında mühüm yer tutur. Hazırda bu qrup Fransadan, Belçikadan, Lüksemburqdan və İspaniyadan olan bir neçə yüz hərbçini birləşdirir və NATO-nun regiondakı mövcudluğunu gücləndirmək məqsədi daşıyır.
Buxarest
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
Hörmüz boğazında gəmi vurulub
- [14:13]
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]