NATO-dan ABŞ-a “Çin” məsləhəti
Bakı, 22 sentyabr, AZƏRTAC
ABŞ Çinlə daha asan rəftar etmək üçün Ukraynanın müharibədə qalib gəlməsini təmin etməlidir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri NATO-nun Baş katibi Yens Stoltenberq Birləşmiş Millətlər Təşkilatının 78-ci Baş Assambleyasında iştirak etdiyi Nyu-Yorkda aparıcı beyin mərkəzlərindən biri olan Xarici Əlaqələr Şurasının (CFR) təşkil etdiyi paneldə deyib.
“NATO regional ittifaq olaraq qalacaq. Bu o deməkdir ki, NATO Şimali Amerika və Avropanın ittifaqı olaraq qalacaq. Əgər genişlənmə olacaqsa Avropa ölkələri ilə olacaq. NATO qlobal kollektiv müdafiə təşkilatı olmayacaq”,- deyə NATO-nun Baş katibi bildirib”.
Stoltenberq izah edib ki, Ukrayna müharibəni qazanarsa, NATO Avropada ikinci ən böyük orduya sahib olacaq və Avropa ölkələrinin son zamanlar artan müdafiə xərcləri ilə birlikdə baxıldığında Çinlə bağlı daha az narahatlıq doğuracaq bir vəziyyət yaranacaq.
NATO-nun Baş katibi vurğulayıb ki, Ukraynanın qələbəsini təmin etmək ABŞ-ın marağındadır və bu, onun Çinlə işini asanlaşdıracaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [11:42]
Misirdə Roma dövrünə aid piramida formalı sərdabə tapılıb
- 01.10.2026 [11:34]
Fransada mer mübahisəli nikah qərarına görə 7500 avro cərimələnə bilər
- 01.10.2026 [11:26]
İsveçrədə quraqlıq nəticəsində Qədim Roma dövrünə aid xarabalıqlar üzə çıxıb
- 01.10.2026 [08:26]
Marko Rubio İran nümayəndə heyətinin ABŞ-ni dərhal tərk etməsini tələb edib
- 01.10.2026 [08:10]
CENTCOM: ABŞ qüvvələri İranla əlaqəli 125 ticarət gəmisini nəzarətə götürüb
- 01.10.2026 [07:44]
Nyu-Yorkda Van Qoq, Mone və Sezanın nadir əsərləri hərraca çıxarılacaq
- 01.10.2026 [06:50]