NATO-nun baş katibi Gürcüstana səfər edəcək
Tbilisi, 27 fevral, AZƏRTAC
NATO-nun baş katibi Yens Stoltenberq martın ikinci yarısında Gürcüstana səfərə gələcək.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə Gürcüstan xarici işlər nazirinin müavini Vaxtanq Maxaroblişvili söyləyib.
O deyib ki, martın sonlarına yaxın Gürcüstanda NATO-nun genişmiqyaslı hərbi təlimləri keçiriləcək.
Yens Stoltenberqin bu təlimləri izləyəcəyi istisna olunmur.
Hərbi təlimlərdə NATO-ya üzv və tərəfdaş ölkələrin xeyli sayda hərbçisinin iştirakı nəzərdə tutulub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:57]
Qazaxıstan-Rusiya sərhədində 600-dən çox yük maşını tıxacda qalıb
- 16.06.2026 [12:24]
Yaponiya Bankı faiz dərəcələrini 31 ilin ən yüksək səviyyəsinə qaldırıb
- 16.06.2026 [12:16]
Daşkənddə V Beynəlxalq İnvestisiya Forumu işə başlayıb
- 16.06.2026 [12:08]
Putin RF Dövlət Dumasına seçkilərin vaxtını təyin edib
- 16.06.2026 [12:03]