NATO-nun Baş katibi Ukrayna Prezidenti ilə görüşəcək
Bakı, 17 oktyabr, AZƏRTAC
NATO-nun Baş katibi Mark Rütte bu gün alyansın Brüsseldəki qərargahında Ukrayna Prezidenti Volodimir Zelenskini qəbul edəcək.
AZƏRTAC xəbər verir ki, bu, oktyabrın əvvəlindən bəri NATO rəhbərinin Ukrayna lideri ilə üçüncü görüşüdür.
“Bu gün NATO-nun qərargahda Volodimir Zelenskini qəbul edəcəyəm. Bu onunla Kiyev səfərindən və Londondakı danışıqlardan sonra üçüncü görüş olacaq”, - deyə Mark Rütte bildirib.
Baş katibin sözlərinə görə, o, görüş zamanı Volodimir Zelenskidən Rusiya ilə şərq cəbhəsində və Kursk istiqamətində vəziyyət barədə məlumat alacaq, həmçinin prezidenti NATO-nun son qərarları barədə məlumatlandıracaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.11.2026 [17:52]
Rusiyanın “Timeweb” hostinq provayderində genişmiqyaslı nasazlıq baş verib
- 17.11.2026 [17:34]
Ukrayna Müdafiə Qüvvələri “Qazprom”un neft emalı zavodunu vurub
- 17.11.2026 [17:31]
Zelenski: Krım körpüsü əməliyyatın yeddinci mərhələsində vurulub
- 17.11.2026 [17:28]
İraq Türkiyəyə köhnə boru kəməri ilə neft nəqlini bərpa edib
- 17.11.2026 [16:36]
QUAD ölkələri liderlərinin Manilada görüşü keçirilir
- 17.11.2026 [16:20]