Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

“Naxçıvan kuboku – 95” beynəlxalq turniri başa çatıb

Naxçıvan, 18 oktyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən 13-14 yaşlı futbolçular arasında “Naxçıvan kuboku - 95” beynəlxalq turnirinə yekun vurulub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, son turun oyunları Naxçıvan Muxtar Respublika Stadionunda keçirilib.

4 komandanın aktivində olan 3 xal beynəlxalq turnirin gərginliyindən xəbər verirdi. İlk oyunda meydana “Rekord” və “Qaraqalpaqıstan” komandaları çıxıb. Özbəkistan təmsilçisi ilk iki turda məğlub olsa da, sonradan qazandığı qələbə sayəsində mükafatçılar sırasına düşmək şansını finala kimi saxlayıb. Azərbaycan klubunun isə gözlənilmədən son turda “Qarabağ”ı məğlub etməsi turnirə olan marağı xeyli artırıb. Odur ki, hər iki komanda oyuna sürətli hücumlarla başlayıb. Daha üstün oyun sərgiləyən “Qaraqalpaqıstan” komandası rəqibin müdafiə xəttini yarmaqda çətinlik çəkməyib və görüş 6:0 hesablı qələbə ilə başa çatıb.

Günün ikinci qarşılaşmasından öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Meydana çıxan “Araz-Naxçıvan” və “Qarabağ” komandaları ilk hissədə bir neçə imkandan yararlana bilməyiblər. Hətta Naxçıvan klubu 28-ci dəqiqədə rəqib qapısına təyin olunan penalti zərbəsindən istifadə edə bilməyib. Bu epizodda qapıçının sərgilədiyi oyun azarkeşlər tərəfindən alqışlarla qarşılanıb.

İkinci hissədə isə “Qarabağ” hakimin təyin etdiyi penalti zərbəsini dəqiq yerinə yetirib. Bu, oyunda vurulan tək qol olub. Həmin qələbə sayəsində “Qarabağ” aktivindəki xalların sayını 6-ya yüksəldib və fərdi oyunlara görə turnir cədvəlinin ikinci pilləsində yer alıb.

Turnirin yekun nəticəsinə gəlincə, Özbəkistan Respublikasının “Əndican” komandası 12 xalla ilk dəfə təşkil olunan “Naxçıvan kuboku - 95” beynəlxalq turnirinin qalibi olub. 6 xal toplayan Azərbaycanın “Qarabağ” komandası gümüş, digər özbək təmsilçisi “Qaraqalpaqıstan” komandası isə bürünc medal qazanıb.

Beynəlxalq turnirin ən məhsuldar futbolçusu adına “Qaraqalpaqıstan” komandasının hücumçusu Makset Kalbayev layiq görülüb. Ən yaxşı futbolçu nominasiyasının qalibi isə “Əndican” komandasının təmsilçisi Oktam Abdulmalikov seçilib. Oyunları idarə edən hakimlər təşkilatçılar tərəfindən plaketlərlə təltif olunublar. AFFA nümayəndəsinə isə təşəkkürnamə təqdim edilib. Mükafatları Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri, Futbol Federasiyasının sədri Azad Cabbarov və “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyətin icraçı direktoru Kamil Yusifov təqdim ediblər. Qalib komandalara medal və kubok, eyni zamanda, nominasiyanın qalibi olan futbolçulara “Naxtel”in xüsusi hədiyyələri verilib. Turnirdə iştirak edən bütün futbolçular isə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Futbol Federasiyasının hədiyyələri ilə mükafatlandırılıblar.

AZƏRTAC-ın Naxçıvan bürosunun əməkdaşları yarış başa çatdıqdan sonra “Naxçıvan kuboku - 95” beynəlxalq turnirinin nəticələri barədə qonaqların fikirlərini öyrəniblər. “Qaraqalpaqıstan” komandasının direktoru Timur Turdiyev deyib: “Turnir ərzində bizə göstərilən qonaqpərvərliyi xüsusilə qeyd etməliyəm. Onu da deyim ki, futbolçularla birgə Naxçıvanı gəzmək imkanımız oldu. Duzdağ Fizioterapiya Mərkəzi və Heydər Əliyev Muzeyinə olan ekskursiyalar, xüsusilə yadda qaldı. Naxçıvan Şərqin ən təmiz şəhəridir. Hər axşam şəhəri gəzəndə yolların təmizləndiyini görürdüm. Bura sanki mənə Avropanı xatırladır. Eyni zamanda, sakit və qonaqpərvər olması bizdə dərin iz buraxdı.

Turnirdə komandam üçüncü oldu. Halbuki bu yeri də tutmaya bilərdik. Son oyuna kimi mübarizə getdi. Bu da turnirin gərgin mübarizə şəraitində keçdiyini göstərir. İndi vətənimizə bürünc medalla yollanırıq. Bu, bizim üçün böyük bir uğurdur. Gələcək illərdə Naxçıvanla əməkdaşlığımız davam edəcək və keçiriləcək turnirlərdə muxtar respublikanın da komandasını dəvət edəcəyik. Turnirin təşkilatçıları ilə görüşümüz oldu, növbəti ildə də bu turnirdə iştirak edəcəyimizi bildirdik. Sağ olsunlar ki, onlar bu təklifimizi müsbət qarşıladılar. Hər şey üçün təşəkkürlər, Naxçıvan!”.

Turnirin bombardiri, “Qaraqalpaqıstan” komandasının futbolçusu Makset Kalbayev: “Bu, mənim ölkə xaricində iştirak etdiyim və ilk titul qazandığım turnirdir. Odur ki, Naxçıvanı həmişə ən xoş arzularla xatırlayacağam. Etiraf edim ki, bombardir olacağımı düşünmürdüm. Sadəcə, məni maraqlandıran komandamın qələbəsi və evə “əliboş” dönməməyimiz idi. Buna da nail olduq. Bürünc medal kifayət qədər böyük uğurdur. Son tura kimi mübarizə getdi və komandam burada fəxri kürsüyə çıxmağa müvəffəq oldu. Təşkilatçıların hər birinə təşəkkür edirik”.

Turnirin “Ən yaxşı futbolçusu”, “Əndican” komandasının üzvü Oktam Abdulmalikov: “Uzun müddətdir ki, bu komandanın heyətində çıxış edirəm. Ölkədaxili və bir sıra beynəlxalq turnirlərdə mübarizə aparmışam. Deyərdim ki, Naxçıvan bunlar arasında ən yaxşısıdır. Səbəbi isə böyük futbol bazasının olmasıdır. Biz bir həftədir, Şərur Olimpiya İdman Kompleksində qalırıq. Burada insanlar bizə çox isti münasibət göstərir, hətta kompleksə gəlib bizimlə şəkil çəkdirir, bizi öz evlərinə qonaq edirlər. Bu, naxçıvanlıların necə qonaqpərvər olduğunu göstərir”.

“Qarabağ” Futbol Klubunun uşaq akademiyasının məsul işçisi Elvin Süleymanov: “Naxçıvanda ilk dəfədir ki, belə bir turnirdə iştirak edirik. Ümumiyyətlə, bura bizim klub üçün düşərli məkandır. Əsas komandamız burada Azərbaycan kubokunun qalibi olub.

Uşaq futboluna Naxçıvanda böyük diqqət göstərilir. Elə turnirin təşkilatçılığı da bunu deməyə imkan verir. Burada bizim üçün hər bir şərait yaradılıb və futbolçularımızın rahatlığı təmin olunub. Bildiyimə görə, bu turnir artıq ənənə halını alacaq və hər il təşkil olunacaq. Komandamız üçün yenidən “Naxçıvan kuboku”nda iştirak etmək qürurverici olardı. “Qarabağ” ilk turnirdə gümüş medal qazandı, lakin gələcək illərdə bunu qızılla əvəzləyəcəyimizə söz verirəm. Təşkilatçılara bir daha minnətdarlığımızı bildirirəm”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək

DİN: Keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb VİDEO

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar

Avropa Komissiyası fermerlərə yardımı davam etdirəcək

Mingəçevirdə Ümummilli Liderə həsr olunan respublika elmi konfransı keçirilib

Tramp seçkiqabağı sorğularda Baydendən 10 faiz önə çıxıb

Təhsil proqramının məzmunu dəyişdirilmədən ixtisasın adı dəyişdirilə bilərmi?

Gənc bioloqlardan “Biz irəlidəyik” adlı ekoloji aksiya təşəbbüsü

HƏMAS nümayəndələri atəşkəs danışıqları üçün Qahirəyə gedib

BMT-nin Baş katibi: Ekoloji böhran jurnalistlərin ən prioritet sahəsi olmalıdır

Yeni ixtisasların açılmasına dair ümumi tələblər müəyyən edilib

Rusiyalı ekspert: Azərbaycanın böyük yaşıl enerji potensialı var – MÜSAHİBƏ

“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

FIFA futbolda inqilabi dəyişikliyə hazırlaşır

“Yeni təhsil proqramlarının açılması Qaydaları” təsdiq edilib

ABŞ-da aprel ayında işsizlik səviyyəsi 3,9 faizə yüksəlib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Ekspertlər: Stresə qalib gəlməyin pulsuz və sadə üsulu tapılıb

Azərbaycanın qrup hərəkətləri komandası Avropa Kubokunda bürünc medal qazanıb

Ötən müddətdə “Könüllü DOST” proqramına 4,8 min nəfərdən çox şəxs cəlb edilib

Xarici səyyahlar Cəbrayılda minatəmizləmə əməliyyatları barədə məlumatlandırılıb VİDEO

Nigeriyada kəndlərə hücum edən silahlılar 25 nəfəri öldürüb

Norveçli səyyah: Qarabağ və Şərqi Zəngəzur gözəl təbiətə malikdir

Bakıdakı Rus evində “Rus dilinin elçiləri” maarifləndirici tədbirlər keçiriləcək

Faktiki hava: Bəzi yerlərə arabir yağış, Şahdağa isə qar yağıb

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Boeing” kosmosa ilk astronavtlarını göndərir

“Samsung” kompaniyası İsrail bazarını tərk edir

Futzal üzrə Azərbaycan Tələbə Liqasına yekun vurulub, qaliblər mükafatlandırılıb

Səttar Bəhlulzadənin 115 illiyi ilə əlaqədar uşaqlar arasında rəsm sərgisi başa çatıb

Avropa Cüdo Birliyinin rəsmisi: Azərbaycan dünyada böyük yarışlara ev sahibliyi etməklə məşhurdur

“Circus Sea Breeze” arenasında beynəlxalq sirk proqramı təqdim ediləcək

Fernando Lottenberq: Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndir

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində

“ANİMAFİLM festivalı regionlarda” layihəsi davam edir

Rəhman Hacıyev: “Qarabağın rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verir

DİN: Ötən gün 33,8 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

Blinken: Vaşinqton HƏMAS-dan müsbət cavab gözləyir

Azərbaycanlı qida mütəxəssisi Mərakeşdə keçirilən festivalda iştirak edib

Argentinanın etiqad işləri üzrə katibi Azərbaycanda tolerantlığın qorunub saxlanılmasını yüksək qiymətləndirib

Dövlət Xidməti: Bir sıra bank və müəssisələrə aid çoxsaylı konfidensial məlumatlar ödənişsiz platformalarda dərc olunur

Nigeriyada qızılca xəstəliyindən bir həftədə 42 nəfər ölüb

Berlində “Diehl” müdafiə konserninin binası yanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Premyer Liqa: Bu gün “Qarabağ” – “Neftçi” oyunu keçiriləcək

Rusiyalı deputat: “Bakı Prosesi” özünü qlobal platforma kimi tanıtdı

Xankəndidə bir həftə ərzində xeyli sayda silah-sursat və partlayıcı maddələr aşkarlanıb

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 6 nəfər xilas edilib

Milli Kitabxanada Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş sərgi açılıb

Norveçli səyyahlar qrupu Xudafərin körpüsü ilə tanış olublar VİDEO

Dünya birjalarında neft ucuzlaşıb

DYP atmosferin çirklənməsinin qarşısının alınması ilə bağlı sürücülərə müraciət edib

Bakıdakı bədii gimnastika üzrə Avropa Kubokunda ilk qaliblər müəyyənləşəcək

“Azeri Light” markalı neft ucuzlaşıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb

Hərbi İdarəetmə İnstitutunda təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilib

Tümen vilayətində çayların daşması ağır fəsadlara səbəb olub

İsraildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Qaxda mağaza sahibinin pulunu oğurlayan şəxs saxlanılıb

Beyləqanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər keçirilib

Biləsuvarda kəsici-deşici alətlərin satışının qarşısı alınıb

“Der Spiegel”: Nasist Almaniyasının Hərbi Hava Qüvvələri komandirinin evində insan sümükləri tapılıb

Linkoln tarix festivalı çərçivəsində nadir Roma dodekaedri sərgilənəcək

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb YENİLƏNİB

Devid Kameron NATO qoşunlarının Ukraynaya göndərilməsini təhlükəli eskalasiya adlandırıb