Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Hakimlik səlahiyyətinin müddəti 2023-cü il yanvarın 2-də başa çatan Mirzəyev İlqar Məhərrəm oğlu “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun Keçid müddəalarının 7-ci hissəsinin dördüncü abzasına uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilsin.

2. Aşağıdakı hakimlər vəzifələri dəyişdirilərək Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri təyin edilsinlər:

Bəylərli Səxavət Şahhüseyn oğlu,

Novruzov Səxavət Hüseyn oğlu.

3. Bu Qərarın 1-ci hissəsi 2023-cü il yanvarın 2-dən, 2-ci hissəsi imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikası
Milli Məclisinin sədri                    Sahibə Qafarova

Bakı şəhəri, 23 dekabr 2022-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin