Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə, 96-cı maddəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Fərman Məmməd oğlu Abbasov başqa vəzifəyə dəyişdirilərək Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilsin.

2. 2013-cü il avqustun 6-da səlahiyyət müddəti bitən aşağıdakı hakimlər Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri təyin edilsinlər.

Həsənov Polad Vəli oğlu,

Qarayev Sənan Məmməd oğlu.

3. Bu Qərar 2013-cü il avqustun 6-dan qüvvəyə minir.

O.Əsədov

Azərbaycan Respublikası

Milli Məclisinin Sədri

Bakı şəhəri, 2 iyul 2013-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin