Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 90 illik yubileyi qeyd olunub

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 90 illik yubileyi qeyd olunub

Naxçıvan, 6 oktyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 90 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini və Heydər Əliyev Muzeyini ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin akt zalında davam etdirilən tədbiri Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Ramiz Süleymanov açıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini, Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi işçilərinin təltif edilməsi haqqında” 2015-ci il 2 oktyabr tarixli Sərəncamını oxuyub, 90 illik yubiley münasibətilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanı ilə təltif olunduğunu bildirib.

Cəlil Rüstəmov Fəxri Fərmanı oxuyub təqdim etdikdən sonra çıxış edərək deyib ki, Naxçıvan Muxtar Respublikasında məhkəmə-hüquq sistemi böyük bir yol - təşkilatlanma mərhələsi keçib. Bu inkişafın ötən əsrin 70-80-ci illərini əhatə edən mərhələsi xüsusilə əlamətdardır. Ulu öndər Heydər Əliyevin həmin dövrdə elan etdiyi “Qoy ədalət zəfər çalsın!” prinsipi cəmiyyətin digər sahələri kimi, məhkəmə-hüquq sisteminin də yeni tələblər səviyyəsində qurulmasını nəzərdə tuturdu.

Bildirilib ki, Ümummilli Liderimizin Azərbaycana rəhbərliyinin ikinci dövründə də ədalət mühakiməsinin təmin olunması, ali prinsip olan insan və vətəndaş hüquqlarının qorunması diqqət mərkəzində saxlanılıb. Bu diqqətin nəticəsidir ki, məhkəmə-hüquq sistemində islahatlar keçirilib, ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında məhkəmələrin səlahiyyətləri artırılıb və fəaliyyətlərinin müasirləşdirilməsi üçün tədbirlər görülüb.

Bu gün Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi səmərəli hüquqi təsisat kimi formalaşıb, muxtar respublikanın dövlət hakimiyyəti sistemində özünəməxsus yer tutub. Ali Məhkəmə muxtar respublikada apelyasiya qaydasında ədalət mühakiməsinin və Konstitusiya nəzarətinin həyata keçirilməsi, məhkəmə-hüquq sistemində aşkarlıq və operativliyin təmin edilməsi, eləcə də insan hüquq və azadlıqlarının qorunması sahəsində qarşıya qoyulan vəzifələrin icrasında mühüm rola malikdir.

Qeyd olunub ki, muxtar respublikada bütün sahələr kimi, məhkəmələr də qayğı ilə əhatə olunub. Bu qayğının nəticəsidir ki, Ali Məhkəmə başda olmaqla, muxtar respublikanın bütün məhkəmələri üçün yeni inzibati bina tikilib və müasir iş şəraiti yaradılıb. Eyni zamanda hakimlərin və məhkəmə işçilərinin əməyinin qiymətləndirilməsi də diqqət mərkəzində olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 2 oktyabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi işçilərinin bir qrupunun təltif olunması, eləcə də Ali Məhkəmənin bütün kollektivinin mükafatlandırılması bu orqanın fəaliyyətinə göstərilən diqqətin daha bir ifadəsidir. Cəlil Rüstəmov Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 90 illik yubileyi münasibətilə kollektivi bir daha təbrik edib.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Ramiz Süleymanov məhkəmənin yaranma tarixinə nəzər salaraq bildirib ki, Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin 1925-ci il 3 oktyabr tarixli qanunu ilə Azərbaycan SSR Ali Məhkəməsinin Naxçıvan MSSR bölməsi yaradılıb. Bölmə 1934-cü ildə Naxçıvan MSSR Baş Məhkəməsi, 1937-ci ildə isə Naxçıvan MSSR Ali Məhkəməsi adlandırılıb.

Vurğulanıb ki, 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi məhkəmə quruluşunun, ədalət mühakiməsi qaydalarının köklü şəkildə dəyişdirilməsini zərurətə çevirmişdir. Lakin həmin dövrdə digər sahələr kimi, məhkəmə orqanlarının fəaliyyəti də diqqətdən kənarda saxlanılıb, bu sahədə əsaslı islahatlar həyata keçirilməyib. Yalnız 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin yenidən ölkəmizdə siyasi hakimiyyətə qayıdışından sonra məhkəmə hakimiyyəti sistemində də köklü dəyişikliklər baş verib. “Biz hüquqi dövləti, demokratik dövləti yaradırıq. Bunun da ən prinsipial bir hissəsi məhkəmə sistemində islahatların keçirilməsi, onun beynəlxalq hüquq normalarına uyğunlaşdırılmasıdır”, - deyən Ulu Öndərin müəllifi olduğu Azərbaycan Respublikasının Konstitusiyasında məhkəmə hakimiyyətinin ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr tərəfindən həyata keçirilməsi müəyyən olunub.

Qeyd edilib ki, ulu öndər Heydər Əliyevin dövlətçilik konsepsiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə məhkəmə sisteminin inkişaf etdirilməsi və müasirləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Həyata keçirilən məhkəmə-hüquq islahatları ölkəmizin digər regionları ilə yanaşı, Naxçıvan Muxtar Respublikasında da fəaliyyət göstərən məhkəmə orqanlarını əhatə edib. Ölkə Prezidentinin müvafiq fərmanlarından sonra Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Ağır Cinayətlərə dair işlər üzrə birinci instansiya kollegiyası ləğv olunaraq ağır və xüsusilə ağır cinayətlərə baxmaq səlahiyyəti yeni yaradılmış Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsinə verilib. Eyni zamanda Ali Məhkəmədə daha iki kollegiya - iqtisadi mübahisələrə dair işlər üzrə və hərbi məhkəmələrin işləri üzrə kollegiyalar fəaliyyətə başlayıb, muxtar respublikada fəaliyyət göstərən bütün rayon (şəhər) və ixtisaslaşdırılmış məhkəmələrin hökm və qərarlarından apelyasiya şikayəti və protestlərinə baxılması səlahiyyəti Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə verilib.

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən məhkəmələrin fəaliyyətinin müasir tələblər səviyyəsində təşkil olunmasında “Naxçıvan Muxtar Respublikasında hüquq institutlarının inkişafı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 noyabr tarixli Fərmanının mühüm əhəmiyyətə malik olduğunu bildirən Ramiz Süleymanov deyib ki, Fərmana əsasən, muxtar respublikanın hüquq institutlarının inkişaf etdirilməsi, məhkəmə hakimiyyəti orqanlarının fəaliyyətinin müasir standartlar səviyyəsində qurulması, onların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülüb, məhkəmələr üçün yeni inzibati binalar tikilib. Hazırda muxtar respublikanın bütün məhkəmə orqanları müasir binalarda fəaliyyət göstərir.

Ali Məhkəmənin sədri bildirib ki, muxtar respublikada məhkəmə hakimiyyəti orqanlarının hakim korpuslarının formalaşdırılması zamanı ən mütərəqqi və şəffaf qaydaların tətbiq olunması, yüksək bilik və mənəvi keyfiyyətlərə malik olanların hakim seçilməsi diqqət mərkəzində saxlanılır. Ötən müddətdə Naxçıvan Dövlət Universitetinin hüquq fakültəsinin məzunu olan 16 hüquqşünas muxtar respublikada fəaliyyət göstərən məhkəmələrə hakim vəzifələrinə təyin edilib. Bundan başqa, peşəkarlıq və hüquqi hazırlıq nümayiş etdirən 4 hakim Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə, 5 hakim məhkəmə sədri vəzifəsinə irəli çəkilib, habelə 1 hakim Məhkəmə-Hüquq Şurasının, 1 hakim isə Hakimlərin Seçki Komitəsinin üzvü seçilib. Əvvəllər muxtar respublikanın məhkəmə orqanlarında fəaliyyət göstərmiş 3 hakim hazırda Azərbaycan Respublikası Ali Məhkəməsində, 6 hakim isə ölkəmizin digər regionlarının müxtəlif məhkəmə orqanlarında hakimlik fəaliyyətlərini davam etdirirlər.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kollektivi bundan sonra da muxtar respublikada ədalət mühakiməsinin həyata keçirilməsi, insan hüquq və azadlıqlarının qorunması sahəsində səmərəli fəaliyyət göstərəcək, bu sahədə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəkdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri İlham Cəfərov və İslam Əliyev, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin təqaüddə olan hakimi Şamxal Hüseynov, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Qabil Məmmədov, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sədri Qasım Əliyev, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Aparatının şöbə müdiri Mehdi Əliyev çıxış edərək məhkəmə orqanlarına göstərilən dövlət qayğısından danışıb, kollektivi 90 illik yubiley münasibətilə təbrik ediblər.

Sonda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə təltif olunmuş Xasa Seyidovaya “Rəşadətli əməyə görə” nişanı təqdim olunub, Ali Məhkəmənin bir qrup işçisinə qiymətli hədiyyələr verilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Faktiki hava: Bəzi yerlərdə arabir yağış, Şahdağda isə qar yağıb

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Boeing” kosmosa ilk astronavtlarını göndərir

“Samsung” kompaniyası İsrail bazarını tərk edir

Futzal üzrə Azərbaycan Tələbə Liqasına yekun vurulub, qaliblər mükafatlandırılıb

Səttar Bəhlulzadənin 115 illiyi ilə əlaqədar uşaqlar arasında rəsm sərgisi başa çatıb

Avropa Cüdo Birliyinin rəsmisi: Azərbaycan dünyada böyük yarışlara ev sahibliyi etməklə məşhurdur

“Circus Sea Breeze” arenasında beynəlxalq sirk proqramı təqdim ediləcək

Fernando Lottenberq: Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndir

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində

“ANİMAFİLM festivalı regionlarda” layihəsi davam edir

Rəhman Hacıyev: “Qarabağın rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verir

DİN: Ötən gün 33,8 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

Blinken: Vaşinqton HƏMAS-dan müsbət cavab gözləyir

Azərbaycanlı qida mütəxəssisi Mərakeşdə keçirilən festivalda iştirak edib

Argentinanın etiqad işləri üzrə katibi Azərbaycanda tolerantlığın qorunub saxlanılmasını yüksək qiymətləndirib

Dövlət Xidməti: Bir sıra bank və müəssisələrə aid çoxsaylı konfidensial məlumatlar ödənişsiz platformalarda dərc olunur

Nigeriyada qızılca xəstəliyindən bir həftədə 42 nəfər ölüb

Berlində “Diehl” müdafiə konserninin binası yanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Premyer Liqa: Bu gün “Qarabağ” – “Neftçi” oyunu keçiriləcək

Rusiyalı deputat: “Bakı Prosesi” özünü qlobal platforma kimi tanıtdı

Xankəndidə bir həftə ərzində xeyli sayda silah-sursat və partlayıcı maddələr aşkarlanıb

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 6 nəfər xilas edilib

Milli Kitabxanada Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş sərgi açılıb

Norveçli səyyahlar qrupu Xudafərin körpüsü ilə tanış olublar

Dünya birjalarında neft ucuzlaşıb

DYP atmosferin çirklənməsinin qarşısının alınması ilə bağlı sürücülərə müraciət edib

Bakıdakı bədii gimnastika üzrə Avropa Kubokunda ilk qaliblər müəyyənləşəcək

“Azeri Light” markalı neft ucuzlaşıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb

Hərbi İdarəetmə İnstitutunda təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilib

Tümen vilayətində çayların daşması ağır fəsadlara səbəb olub

İsraildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Qaxda mağaza sahibinin pulunu oğurlayan şəxs saxlanılıb

Beyləqanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər keçirilib

Biləsuvarda kəsici-deşici alətlərin satışının qarşısı alınıb

“Der Spiegel”: Nasist Almaniyasının Hərbi Hava Qüvvələri komandirinin evində insan sümükləri tapılıb

Linkoln tarix festivalı çərçivəsində nadir Roma dodekaedri sərgilənəcək

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb YENİLƏNİB

Devid Kameron NATO qoşunlarının Ukraynaya göndərilməsini təhlükəli eskalasiya adlandırıb

Braziliyanın cənubunda leysan yağışları nəticəsində ölənlərin sayı 39-a çatıb

Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını mart ayında 15 tondan çox artırıblar

“Baker Hughes”: Dünyada neft-qaz qazma qurğularının sayı azalıb

Nepal məhkəməsi Everest zirvəsinə qalxmaq üçün icazələrin sayını azaltmaq qərarına gəlib

Haitinin şimalında torpaq sürüşməsi 12 nəfərin həyatına son qoyub

İlon Mask ABŞ dollarının dəyərsizləşəcəyi ilə bağlı xəbərdarlıq edib

Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb

Səmt müəyyənetmə üzrə dünya çempionatı 2029-cu ildə İsveçdə keçiriləcək

Macarıstanın xarici işlər naziri Makronun Ukraynaya qoşun göndərilməsi ilə bağlı bəyanatının əleyhinə çıxıb

ABŞ prezidentliyinə namizəd NATO-nun genişlənməsinə qarşıdır

Babək rayonunda Şəhidlər bulaq abidə kompleksi tikilir

Prezident İlham Əliyevin COP29 tədbiri ilə bağlı dəvət məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb

Azərbaycan Milli Xalça Muzeyində “Xalçalarda yaşayan tariximiz” adlı sərgi açılıb

Qaxda qanvermə aksiyası keçirilib

İmişlidə keçirilən regional müşavirədə yanğın təhlükəsizliyi müzakirə olunub

Volodimir Zelenski: Ukrayna Rusiya ilə müharibənin yeni mərhələsi ilə üz-üzədir

Heydər Əliyev Mərkəzində konsert - Puççiniyə ithaf

Azərbaycanın daha bir gimnastı Bakıdakı Avropa Kubokunda finala yüksəlib

İtaliyanın xəbər agentliyi VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan yazıb

Mixail Brızqalov: Azərbaycan Musiqi Mədəniyyəti Muzeyi və Rusiyanın Musiqi Muzeyi birgə sərgilər təşkil edəcək

Basketbol Liqası: "Sərhədçi" seriyanı bərabərləşdirib

Qarabağ Dirçəliş Fondu və Bakı Marafon Klubu Bakı marafonunda birlikdə iştirak edəcəklər

Monteneqro və Azərbaycan Gimnastika federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb

ADPU-nun Quba filialında Azərbaycan–Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzi fəaliyyətə başlayıb

"Prezident Kuboku - 2024" beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib

İƏT-in Aİ-dəki keçmiş daimi müşahidəçisi Azərbaycanın dinlərarası dialoqun qurulmasında təşəbbüskarlığını yüksək qiymətləndirib

Şri-Lanka mədəni irsin qorunması üzrə təcrübəsini ölkəmizlə bölüşməyə hazırdır

YAP Həmkarlar İttifaqı Komitəsinin hesabat yığıncağı keçirilib

Andrey Kondraşov: Bir çox ölkələr və təşkilatlar MDB ölkələrinin yaxınlaşmasını istəmirlər VİDEO

Qafqaz Müsəlmanları İdarəsinin sədri ölkəmizdə səfərdə olan dini liderlərlə görüşüb

Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub VİDEO

Bioelektrik siqnal şəbəkəsinin formalaşmasının molekulyar-struktur əsasları - elmi seminar

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dual peşə təhsil proqramı çərçivəsində dəyirmi masa təşkil edilib

Ekspert: Yeni tariflər elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmada sui-istifadə hallarının qarşısının alınmasına öz töhfəsini verəcək

Azərbaycan dili üzrə sertifikasiya imtahanı ilə bağlı vebinar keçirilib

Məktəbin İnkişaf Planı çərçivəsində metodik görüşlər davam etdirilir

Kanadalı idmançı: Azərbaycanda gimnastikaya böyük maraq var

"Dalğa - 2024" birgə taktiki təliminin yekun nəticələri təhlil edilib

Bakıda “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbir keçirilib  YENİLƏNİB

® “Kapital Bank”ın sponsorluğu ilə ölkəmiz “Türk Dövlətləri İqtisadi Forumu 2024” layihəsinə ev sahibliyi edib

AzMİU tələbələrinin Şəkidə “ArchiVision WeekEND Camp”ı təşkil olunub

Bakı Kitab Mərkəzində “Əzim Əzimzadə” kitab-albomunun təqdimatı olub

Elm və Təhsil Nazirliyi ilə NAFSA arasında əməkdaşlıq imkanları müzakirə edilib

® “Bakcell” Fəvvarələr meydanında yeni innovativ mağazasını təqdim edib!

BDU-da QS beynəlxalq reytinq agentliyinin regional direktoru ilə görüş

Albaniyalı akademik Azərbaycandakı dinlərarası harmoniya barədə məlumatlandırılıb

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri üzrə qiymətlər müəyyənləşdirilib

ADNSU ilə Daşkənd Kimya Texnologiya Universiteti arasında əməkdaşlıq imkanları müzakirə edilib

Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb

Azərbaycan-Rusiya əməkdaşlığının nəqliyyat sahəsindəki inkişaf perspektivləri müzakirə olunub

Uşaqlara görə erkən pensiya hüququ yaranan şəxslərə də elektron qaydada pensiya təyin olunacaq

Türkiyənin “Mədəniyyət yolu” festivalında Azərbaycanın iştirakı müzakirə edilib

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Bakı-Novorossiysk şimal ixrac neft boru kəmərində təlim keçirib

“Heydər Əliyev və milli mədəniyyət strategiyası” - tələbə-şagird konfransı

Amerika din xadimləri ilə görüşdə Azərbaycandakı tolerantlıq mühiti diqqət mərkəzində olub

Bakının bir neçə piyada keçidində lift və eskalatorlar təmir edilib

Xarıbülbül çiçəyi Amerika nəşrinin üz qabığında

Türkiyə-Azərbaycan Universiteti növbəti tədris ilində tələbə qəbuluna başlayacaq

Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır