Naxçıvan ÜDM-i 1,7 faiz artıb
Naxçıvan, 16 iyul, AZƏRTAC
Cari ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul (ÜDM) istehsalı 674 milyon 380 min manat olub ki, bu da 2023-cü ilin müvafiq dövründəki göstəricidən 1,7 faiz çoxdur.
Naxçıvan MR Dövlət Statistika Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu dövr ərzində əhalinin hər nəfərinə düşən ÜDM istehsalı 1,1 faiz artaraq 1 437,6 manat olub.
Həmçinin bu ilin yanvar-iyun aylarında muxtar respublikada 255 milyon 555 min 800 manatlıq sənaye məhsulu istehsal edilib ki, bu da ötən ilin müvafiq dövründəki göstəricini 3,9 faiz üstələyir. Sənaye məhsulunun 229 milyon 94 min 200 manatı və ya 89,6 faizi malların, 26 milyon 461 min 600 manatı və ya 10,4 faizi isə xidmətlərin payına düşüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [17:54]
Lənkəranda 32 yaşlı kişi şəlalədə çimərkən boğulub - YENİLƏNİB
- 12.06.2026 [17:38]
Ağsuda vətəndaşların müraciətləri dinlənilib
- 12.06.2026 [17:13]
Hadrut və Qırmızı Bazarda daha 12 ailəyə evlərinin açarları təqdim olunub
- 12.06.2026 [16:45]
Emin Hüseynov: Aqrar sahədə yeni inkişaf modeli tətbiq olunur
- 12.06.2026 [16:25]