Naxçıvanda aztəminatlı ailələrə Novruz sovqatı çatdırılıb
Naxçıvan, 14 mart, AZƏRTAC
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Novruz bayramı ərəfəsində digər bölgələrlə yanaşı, Naxçıvanda da yaşayan 1250 aztəminatlı ailə üçün ərzaq bağlamalarından ibarət yardım təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında yaşayan aztəminatlı, o cümlədən şəhid və qazi ailələri üçün gətirilmiş bayram sovqatları müxtəlif zəruri ərzaq məhsullarından ibarətdir. Sovqatlardan ibarət 5 avtomobil təyinatı üzrə ünvanlara yola salınıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığı ilə ölkəmizdə həyata keçirilən sosial layihələrin icrası diqqət mərkəzindədir. Bütün bayramlarda və əlamətdar günlərdə aztəminatlı, şəhid, qazi və digər həssas qruplardan olan ailələrə sovqat və yardımlar təqdim olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [20:54]
Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib
- 09.10.2026 [19:57]
Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər
- 09.10.2026 [19:47]
ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar
- 09.10.2026 [19:05]
AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub
- 09.10.2026 [18:49]
MDU-da müxtəlif illərin məzunları bir araya gəlib
- 09.10.2026 [18:03]
Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq
- 09.10.2026 [17:41]