Naxçıvanda ixrac 38,5 faiz artıb
Naxçıvan, 20 aprel, AZƏRTAC
Cari ilin yanvar-mart aylarında muxtar respublikanın xarici ticarət dövriyyəsi 33,4 milyon ABŞ dolları təşkil edib.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu, ötən ilin eyni dövrünə nisbətən 21,9 faiz çoxdur.
Xarici ticarət dövriyyəsinin 3,6 milyon ABŞ dolları ixracın, 29,8 milyon ABŞ dolları isə idxalın payına düşüb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ixrac 38,5 faiz, idxal isə 20,2 faiz artıb.
İxrac olunan məhsullar sırasında tütün məmulatları, vafli və vafli məmulatları, sement, travertin, alçıpan, məsaməli beton, elektrik enerjisi, şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları, meyvə şirələri, buğda kəpəyi, salfetka və mineral sular yer alıb. Həmin məhsullar Amerika Birləşmiş Ştatları, Qırğızıstan, Gürcüstan, Türkiyə, İran, İsrail, Yəmən, Suriya, İraq və Ukraynaya ixrac olunub.
Müxbir- Nail Əsgərov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [12:06]
Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 5 medal qazanıblar
- 01.10.2026 [12:05]
Səfəvilərdən bu günə: Ağbil türbələri VİDEO
- 01.10.2026 [11:15]
Şərurun bəzi kəndlərində elektrik enerjisinin verilişi dayandırılacaq
- 01.10.2026 [11:10]
Gəncədə antisanitar şəraitdə dönər əti hazırlayan emal sexi aşkarlanıb
- 01.10.2026 [09:35]
Masallıda ağır yol qəzası olub, iki nəfər ölüb VİDEO
- 30.09.2026 [21:56]
Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO
- 30.09.2026 [19:57]