Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Naxçıvanda rəqəmsal ödənişlərin istifadəsinin genişləndirilməsi istiqamətində tədbirlərə start verilib

Naxçıvan, 6 iyun, Rauf Kəngərli, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən verilmiş tapşırıqların icrası məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən ölkə ərazisində nağdsız ödənişlərin genişləndirilməsi, xüsusən də regionlarda əhali və təsərrüfat subyektləri arasında müasir bank texnologiyalarından istifadənin artırılması üçün maarifləndirmə, təbliğat və təşviqat işlərinin aparılmasına xüsusi diqqət yetirilir.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu istiqamətdə növbəti tədbirlərdən biri qlobal ödəniş texnologiyalarının lideri olan “Mastercard” ilə birlikdə pilot bölgə olaraq seçilmiş Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödənişlərin istifadəsinin stimullaşdırılması məqsədilə istehlakçılar və təsərrüfat subyektləri üçün kampaniyaların təşkil edilməsidir.

Naxçıvan şəhərində təşkil olunan belə kampaniyaların təqdimatı üzrə Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsində keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Səbuhi Məmmədov son illərdə muxtar respublika rəhbərinin tapşırığına əsasən nağdsız ödənişlərin genişləndirilməsi istiqamətində görülmüş işlər barədə geniş məlumat verib. Qeyd edib ki, nağdsız ödəniş infrastrukturunun genişləndirilməsi, inkişaf etdirilməsi və hesablaşmaların həcminin artırılması muxtar respublikada daim diqqət mərkəzində olub, ötən dövrdə bu istiqamətdə iki dövlət proqramı təsdiq olunaraq icra edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən 2013-cü il sentyabrın 5-də təsdiq edilmiş 2013-2015-ci illəri əhatə edən “Naxçıvan Muxtar Respublikasında elektron ödəniş məkanının formalaşdırılması və nağdsız hesablaşmaların həcminin artırılması” üzrə Tədbirlər Planına və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 2 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”ına uyğun olaraq nağdsız ödənişlərin miqyasının genişləndirilməsi, elektron ödəniş xidmətlərindən istifadə aktivliyinin artırılması, inkişaf etdirilməsi, iqtisadi fəaliyyət göstərən şəxslərin və əhalinin elektron ödəniş sistemlərindən daha fəal istifadə etməsi, ticarət, iaşə və digər xidmət müəssisələrində hesablaşmaların ödəniş kartları vasitəsilə aparılması üçün müvafiq tədbirlər həyata keçirilib.

“Həyata keçirilmiş tədbirlər çərçivəsində banklar tərəfindən Naxçıvan şəhəri, rayonlar və kənd mərkəzlərində POS-terminalların quraşdırılması işi davam etdirilib, onların sayı 2018-ci il 1 may tarixinə 1266 ədədə çatdırılıb”, – deyən Səbuhi Məmmədov bildirib ki, əhalinin nağdsız ödənişlərə marağının artırılması məqsədilə Vergilər Nazirliyinin dəstəyi ilə müxtəlif mükafatlandırma tədbirləri keçirilib və bu tədbirlərdə nağdsız ödənişə üstünlük verən 1537 nəfər muxtar respublika sakininə 100 min manat dəyərində müxtəlif hədiyyələr paylanılıb. Təkcə 2017-ci ildə 481 şəxsə 30 min manat dəyərində hədiyyələr verilib. Aparılan işlərin uğurlu nəticəsi olaraq, nağdsız ödəniş dövriyyəsi illər üzrə dinamik şəkildə artaraq 2014-cü ildə 12 milyon 512 min, 2015-ci ildə 18 milyon 874 min, 2016-cı ildə 27 milyon 701 min, 2017-ci ildə 30 milyon 798 min və 2018-ci ilin ilk 4 ayı ərzində 12 milyon 223 min manat olub. Hazırda aylıq ödəniş dövriyyəsi orta hesabla 3 milyon manat təşkil edir.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin birinci müavini Alim Quliyev “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” ilə Mərkəzi Banka verilmiş rəqəmsal ödənişlərin daha geniş tətbiqi tapşırığının icrası istiqamətində görülən işlər barədə məlumat verib. O, “Mastercard” beynəlxalq kart təşkilatı ilə birgə ölkədə rəqəmsal ödənişlərin inkişafı üçün institusional mühitin yaxşılaşdırılması, iqtisadiyyatda nağd pul dövriyyəsinin azaldılması və nağdsız ödənişlərin genişləndirilməsi istiqamətində ötən il həyata keçirilmiş “Nağdsız Azərbaycan” layihəsi barədə danışaraq qeyd edib ki, bu layihə bütövlükdə ölkənin nağdsız cəmiyyətə transformasiyasına dair təfsilatlı yol xəritəsini özündə ehtiva edir. Layihənin yekunu kimi hazırlanmış “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” bu istiqamətdə görüləcək işləri əhatə edir.

Alim Quliyev verilmiş tapşırığın icrası çərçivəsində hesablaşma əməliyyatlarının vəsaiti ödəyənlə vəsaiti alan arasında 5-10 saniyə ərzində tam başa çatdırılmasını təmin edən Ani Ödənişlər Sisteminin yaradılması üzrə Mərkəzi Bank tərəfindən görülən işlər barədə də danışıb. Bildirib ki, sistemin yaradılması ilə ödəniş xidmətlərinin fiziki və hüquqi şəxslər üçün hər yerdə, hər zaman əlçatan olmasına və əməliyyatların 24/7/365 rejimində ödənişlərin həyata keçirildiyi anda başa çatdırılmasına nail olunacaq.

“Mastercard”ın Azərbaycan üzrə meneceri Erdem Çakar yerli bazarda uzunmüddətli əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə bu kampaniyanı Naxçıvan Muxtar Respublikasında həyata keçirməkdən qürur duyduqlarını vurğulayıb. O, çıxışında Azərbaycanı nağdsız ödəniş sahəsində regionun lideri və “Mastercard”ın ən mütərəqqi texnologiyalarını tətbiq edən ilk ölkə kimi görmək istədiklərini, son layihələri arasında əsas yeri “Mastercard” və Mərkəzi Bank tərəfindən birgə hazırlanan, ölkədə nağdsız transformasiya strategiyasının yaradılmasına yönələn “Nağdsız Azərbaycan” layihəsinin tutduğunu bildirib.

Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Sonra layihə çərçivəsində mayın 28-dən iyunun 28-dək “Cahan” AVM-də təşkil olunmuş hədiyyə kampaniyasının təqdimatı olub. Kampaniyaya əsasən “Mastercard”la buradan 30 manat məbləğində alış-veriş edən hər bir alıcı ödəniş qəbzini müştəri xidmətləri masasına təqdim etməklə müxtəlif hədiyyələrə sahib ola bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hüquq müdafiəçisi: Azərbaycan mədəniyyətlərarası dialoq məkanıdır

Braziliyada daşqınlar 30 nəfərin həyatına son qoyub

ANAMA sədrinin müavini Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri ilə görüşüb

İspaniyada tapılan qılıncın mədəni mənsubiyyəti sübut edilib

İsveçdə payızdan etibarən dördgünlük iş həftəsi tətbiq ediləcək

Parisdə dəmir yolu işçiləri tətilə hazırlaşırlar

Sudanda Qızıl Xaç Komitəsinin əməkdaşları öldürülüb

Karla Bruni şübhəli şəxs qismində dindirilib

Konfrans Liqası: İngiltərədə sensasiya, "Fiorentina"dan çətin qələbə

Avropa Liqası: "Bayer"dən səfər qələbəsi, “Marsel”dən heç-heçə

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəlirində ciddi artım müşahidə edilir

İsveçli rejissor Naxçıvanda film çəkəcək

ABŞ-də aksiyalarda həbs olunanların sayı 2 min nəfəri keçib

Macarıstanda şərab sammiti keçirilib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" "Neftçi"ni məğlub edərək yarımfinala yüksəlib

“Xalqa bağışlanmış ömürdən anlar” kitabı Bişkekdə qırğız dilində işıq üzü görüb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar VİDEO

XTNS-də Azərbaycanın faşizm üzərində qələbəyə verdiyi töhfəyə həsr olunmuş tədbirlər keçiriləcək

SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb

Karmen Romero: Azərbaycanda COP29-un keçirilməsini səbirsizliklə gözləyirəm

Heydər Əliyev Sarayında "Əbədi məşəl" adlı konsert təşkil olunub

Ceyhun Bayramov BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri ilə görüşüb

Dünya mətbuatı VI Mədəniyyətlərarası Dialoq Forumunu diqqət mərkəzində saxlamaqda davam edir

Azərbaycan və Tacikistan xarici işlər nazirlikləri arasında məsləhətləşmələr aparılıb

Türkiyə mediası Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki açıqlamalarına geniş yer verib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ukraynanın nümayəndə heyəti ilə görüş keçirilib

® “Bakcell” çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi

“Əlyazmaların mühafizəsi, invertarlaşdırılması və pasportlaşdırılması” - mühazirə

Film Fondunda Cəfər Cabbarlının 125 illik yubileyi qeyd edilib

Martinq Kruminq: Dialoq Forumu müxtəlif mədəniyyətlərə malik insanları bir araya gətirməyə şərait yaradır

Azərbaycan Asiya İnkişaf Bankının illik toplantısında təmsil olunur

Norveçli səyahətçi: Dağıdılmış mənzərələrə şahidlik etmək həddən artıq dəhşətlidir

Azərbaycan və Türkiyə ombudsmanları arasında görüş keçirilib

Monitorinqlər davam etdirilir: 145 müəssisədə nöqsanlar aşkarlanıb

Azərbaycan-İspaniya əməkdaşlığının dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb

Rusiya Federal Məclisinin Federasiya Şurasının nümayəndə heyəti Milli Məclisdə olub

Növbəti "Təhsildə yeni çağırışlar” konfransı Xaçmazda keçiriləcək

ANAMA sədrinin birinci müavini: Mülki təyinatlı ərazilərin qəsdən minalanması insanlıq əleyhinə cinayətdir

ADNSU-nun tələbələri Fizika İnstitutunda aparılan tədqiqatlar barədə məlumatlandırılıb

Natali Minaçi: Müstəmləkəçi ölkələr yerli xalqların mədəniyyətlərini məhv etməyə çalışır

Tayeb Mansuri: Mədəniyyətlərarası dialoq ziddiyyətlərin aradan qaldırılması üçün çox gözəl vasitədir

Milli Məclislə Beynəlxalq Parlamentarilər Konqresi arasında əməkdaşlığa dair müzakirələr aparılıb

"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri günü 1 dəst medalla başa vurublar

Zeki Aktürk: Azərbaycanın antiterror tədbirləri nəticəsində sabitliyin bərqərar olması ilə Birgə Monitorinq Mərkəzinin fəaliyyəti başa çatıb

Milli Məclis ilə AIPA arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Slovakiya nümayəndə heyəti Forumda gündəmə gətirilən məsələlərin aktuallığını qeyd edib

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 7 mart tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar təyin edilir

“Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Yaz semestrində 5 mindən çox tələbə təhsil krediti alıb

Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramin Ələmşah oğlu Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Hövsan, Mərdəkan və Şüvəlandan ekspres avtobus marşrutları fəaliyyətə başlayacaq

Norveçli səyyahlar Ağdam şəhərinə səfər ediblər VİDEO

Klublar Komitəsinin son iclasında müzakirə olunan məsələlər açıqlanıb

Mərakeş Krallığı 2024-2025-ci tədris ili üçün təqaüd proqramı elan edir

Lük Fransis Karol: Assimilyasiya siyasəti mədəniyyətlər arasında dinc qarşıdurma deyil, tam müharibədir

Gürcüstan ABŞ-la strateji tərəfdaşlıq danışıqlarından imtina edib

Milli Məclisin sədri İtaliya Parlamenti Deputatlar Palatasının vitse-prezidenti ilə görüşüb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində uqandalı nazirlə görüş keçirilib

Azərbaycan Texniki Universitetində MBA proqramı çərçivəsində müəllimlər işə qəbul edilir

Həsən Əliyev küçəsindən metronun “Koroğlu” stansiyasına qədər yeni yolun tikintisinə başlanılıb

QS-nin regional direktoru ADNSU-da olub

® Naxçıvan Baş Gömrük İdarəsində işlə bağlı stress və onun qarşısının alınmasına həsr olunan təlim keçirilib

Yeni domen adlarında Azərbaycan əlifbasında olan hərflərdən istifadə nəzərdə tutulur

Mərakeş parlamentarisi Bakı Forumunun beynəlxalq əməkdaşlığa töhfələrini yüksək dəyərləndirib

Küveytin UNESCO-dakı nümayəndəsi: Bakı Forumu çox maraqlı mövzuları əhatə etdi

“Metodist hazırlığı” müsabiqəsinə qoşulmaq istəyənlərin nəzərinə

Nur Jazlan Bin Məhəmməd: Azərbaycanın bütün dünyaya nümunə olmaq istiqamətində gördüyü işləri dəstəkləyirəm

Azərbaycan məktəbliləri 41-ci Balkan Riyaziyyat Olimpiadasında uğur qazanıblar

İkinci Dünya müharibəsi iştirakçılarına xüsusi qayğının növbəti təzahürü

Monitorinqlər zamanı 71 ticarət və 74 ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb

Tələbə Elmi Cəmiyyətinin VI elmi-praktik konfransı keçirilib

Karbonsuz istehsal, dayanıqlı inkişaf, innovativ texnologiyalar - konfrans

Azərbaycan və Belarus qida təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirəcək

Akkan Suver: Qalib Prezident İlham Əliyevin dialoqun önəmini vurğulaması dünyada sülhün dialoqla qurula biləcəyini bir daha göstərdi

Respublika fənn olimpiadalarının final turunun biologiya və coğrafiya üzrə ilkin nəticələri elan edilib

AIPA-nın baş katibi COP29-a hazırlıq işləri barədə məlumatlandırılıb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi olub

Adil Kərimli: Əsas məqsəd mədəniyyətin iqlim dəyişikliyi məsələlərinin həll olunmasında önəmli yer tutmasıdır

Azərbaycan və Rusiya arasında cari regional vəziyyət müzakirə olunub

“Müxtəlifliyin qorunması: multikultural dünyada çağırışlar və qlobal əməkdaşlığın təşviq edilməsi” mövzusunda müzakirələr aparılıb

ICESCO-nun Baş direktoru: Biz tolerantlığı və dinc yaşamağı təşviq etməliyik

Müsəlman din xadimləri Yuxarı Gövhər Ağa məscidində namaz qılıblar

Fransız Polineziyasında və Yeni Kaledoniyada müstəqillik mübarizəsi istiqamətində atılan addımlar genişlənir

Polineziya, Korsika, Melaneziya, Karib dənizi və Antil adalarında kolonializmin fəsadları ilə bağlı ATƏT DTİHB-nin direktoruna məktub ünvanlanıb

Sivilizasiyalar Alyansının direktoru: Forumda müzakirə edilən mövzular aktuallığı ilə yadda qaldı

Bakı Forumu çərçivəsində “Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs” adlı plenar sessiya keçirilib

Alternativ məktəbəqədər sinfə mediatur təşkil edilib

Səbinə Hacıyeva: Mina səbəbindən arxeoloji baxımdan çox dəyərli məkanlara daxil ola bilmirik

"Prezident Kuboku-2024": Azərbaycanın daha bir avarçəkəni medal qazanıb

Tank bölmələri ilə intensiv döyüş hazırlığı məşğələləri keçirilir VİDEO

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib VİDEO

Afrika Ümumdünya İrs Fondunun icraçı direktoru Azərbaycan Hökumətinə təşəkkür edib

İcraçı direktor: Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə Fransa tərəfindən müəyyən reaksiyalar var VİDEO

Mədəni liderlərin konsultativ görüşü: “Mədəni diplomatiya təcrübədə: mədəniyyətlərarası anlaşmanın inkişafı"

Leysan yağışlar səbəbindən Dubayda 13 aviareys ləğv edilib

Bakı Təşəbbüs Qrupunun rəhbəri: Fransanın dənizaşırı ərazilərinin və Korsikanın müstəqillik mübarizəsinə dəstək göstəririk VİDEO

ICESCO Baş katibinin müşaviri: Qeyri-maddi və maddi mədəni irs abidələri təhlükə altındadır