Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Naxçıvandakı şahmat bayramı iştirakçıların yaddaşında unudulmaz anlarla qalıb

Naxçıvan, 11 may, AZƏRTAC

“Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalı uğurla başa çatdı. Yüksək təşkilatçılığı, əhatə dairəsi, əlamətdar tarixi təqvimi, gərgin və peşəkar mübarizələri ilə tarixiləşən bu festival iştirakçıların hafizəsinə unudulmaz təəssüratlarla yazıldı.

“Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalının qalibi olan amerikalı qrossmeyster Timur Qarayev AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində deyib: “Mayın 1-dən davam edən şahmat həyəcanı sona çatdı və mən artıq bu turnirin qalibiyəm. Turnirin son günündə belaruslu şahmatçı Vadim Malaxatko ilə heç-heçəyə razılaşdım və bu, mənim çempionluğum üçün kifayət idi. Bir-birindən gərgin və maraqlı keçən oyunlardan sonra arzu etdiyim nəticəyə çatdığım üçün özümü xoşbəxt hiss edirəm”.

Timur Qarayev Naxçıvanın qədim tarixinin, mədəniyyətinin, füsunkar təbiətinin onda xoş təəssüratlar doğurduğunu bildirərək vurğulayıb ki, indiyə qədər gəzib gördüyü məkanlar arasında Naxçıvanın özünəməxsus yeri var.

Naxçıvanda şahmatçılar üçün yaradılan şərait barədə danışan amerikalı qrossmeyster deyib: “Naxçıvan şahmat oynamaq üçün əla yerdir. Burada şahmat taxtası arxasında oyunlara daha dərindən konsentrasiya olunurdum. Naxçıvana ilk dəfədir ki, gəlirəm. Bu festivalda iştirak edə bilmək üçün imkan yarandıqda mən buna həvəslə razılaşdım. Hər bir insanın ilk dəfə səfər etdiyi yerdə cəmi 10 günün içində hamı tərəfindən tanınması böyük sevincdir və bu xoşbəxtliyi mənə yaşatdığı üçün festivalın təşkilatçılarına öz minnətdarlığımı bildirirəm. Naxçıvanda olduğumuz zaman asudə vaxtlarımızda gəzib gördüyümüz yerlər, burada rastlaşdığım istiqanlı insanlar məndə yüksək qonaqpərvər Şərq mədəniyyəti təəssüratı formalaşdırdı. Dünyanın hər yerində olmasam da, beynəlxalq turnirlərdə iştirakla əlaqədar çox sayda ölkəyə səfər etmişəm və Naxçıvanda gördüklərim bu təəssüratlarımı daha da zənginləşdirdi”.

Şahmat festivalındakı təşkilatçılıq barədə danışan Timur Qarayev vurğulayıb ki, “A” qrupundakı bütün şahmatçılar dünya səviyyəli idilər: “İlk iki turda qarşılaşdığı naxçıvanlı şahmatçıları da keçmək mənim üçün asan olmadı. Bir çoxları şahmatı gərgin zəka oyunu adlandırsalar da, bu yarış oyunçuların bir-birini daha yaxından tanımaları üçün fürsətdir. Festivalda mən çox sayda şahmatçı ilə tanış olub, dostlaşdım. Bir daha bu gözəl diyarda keçirdiyim günlər, maraqlı şahmat oyunları üçün festivalın təşkilatçılarına minnətdarlıq edirəm”.

Həmsöhbət olduğumuz digər şahmatçı türkiyəli FIDE ustası Emirhan Tarlabaşı bildirib ki, əvvəllər bir sıra yarışlarda iştirak etsə də, Naxçıvanda təşkil olunan Beynəlxalq Şahmat Festivalına ilk dəfədir qatılır.

“Böyük qürurla deyə bilərəm ki, festival yüksək səviyyədə təşkil olunmuşdu, oyunlar maraqlı keçdi. Burada dünyanın bir sıra ölkələrinin beynəlxalq qrossmeysterləri, FIDE ustaları iştirak etdiyindən böyük yarış təcrübəsi qazana bildim. Mən “A” qrupunda mübarizə apardım. Düzdür, ilk görüşlərdə ürəkaçan nəticə əldə etməsəm də, son oyunlar mənim üçün uğurlu oldu”, - deyən türkiyəli FIDE ustası qeyd edib ki, Naxçıvanda onları çox xoş və qonaqpərvərliklə qarşılayıblar, səmimi münasibətin şahidi olublar: “İstanbulda yaşayan biri kimi deməliyəm ki, orada Naxçıvandakı qədər yaşıllıq ərazilər, ağaclar yoxdur. Yaz fəsli qədim diyarın gözəlliyinə gözəllik qatıb, hər addımda səliqə-sahmanın, sakitliyin hökm sürməsi bir zəka sahibi kimi mənim ruhumu dincəltdi, əhval-ruhiyyəmə çox müsbət aura bəxş etdi. Festival çərçivəsində Duzdağ Fizioterapiya Mərkəzini ziyarət etmək imkanım oldu. Gördüklərimdən heyrətə gəldim, tuneldəki duz laylarının quruluşuna heyranlıqla tamaşa etdim. Oğuz yurdunda olduğum müddətdə buranın tarixi-mədəni abidələri, təbiət əraziləri barədə də şifahi məlumat əldə etdim. Amma çox təəssüf edirəm ki, oyunların sıxlığından həmin yerləri gəzmək fürsətim olmadı. Onun üçün də gələcəkdə yenidən Naxçıvana gələrək buranı doyunca gəzmək niyyətim var”.

Özbəkistanlı beynəlxalq usta Ortik Niqmatov isə bildirib ki, favoritlərdən olan belaruslu Vladislav Kovalyov kimi güclü bir rəqiblə heç-heçə oynamağı özü üçün yaxşı nəticə sayır. “Şübhəsiz, festivalda təşkilatçılıq yüksək səviyyədə idi. Bir beynəlxalq səviyyəli şahmat yarışı üçün hər şey mükəmməl hazırlanmışdı”, - deyə o qeyd edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO