Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanın böyük potensialı var – Ekspert rəyi

Naxçıvanın böyük potensialı var – Ekspert rəyi

Bakı, 19 avqust, AZƏRTAC

Naxçıvanda son illərdə sosial-iqtisadi inkişaf istiqamətində müəyyən işlər görülür və əldə olunan göstəricilər həyata keçirilən tədbirlərin nəticəsini əks etdirir. Bununla belə, muxtar respublikanın mövcud iqtisadi potensialından tam istifadə etmək üçün qarşıda hələ ciddi vəzifələr dayanır. Xüsusilə Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında birbaşa nəqliyyat bağlantısının olmaması istehsal, investisiya, ticarət və logistika imkanlarının genişləndirilməsinə əhəmiyyətli məhdudiyyətlər yaradır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.

O bildirib ki, Naxçıvanın mövcud iqtisadi göstəricilərində müəyyən artımlar müşahidə olunsa da, bu nəticələr muxtar respublikanın real potensialı ilə müqayisədə hələ kifayət qədər aşağıdır. Naxçıvanın potensialının çox kiçik hissəsindən istifadə olunur və bunun əsas səbəblərindən biri uzun illər davam edən blokada və Azərbaycanın əsas ərazisi ilə birbaşa bağlantının olmamasıdır. Naxçıvanda yaxşı işlər görülür, müxtəlif istiqamətlərdə inkişaf təmin olunub. Mövcud rəqəmlər və göstəricilər də bu görülən işlərin nəticəsidir. Amma təəssüf ki, Naxçıvanın hələ potensialının heç 3-5 faizini belə reallaşdıra bilmirik. Bunun əsas səbəblərindən biri Naxçıvanın blokadada olması və Azərbaycanın əsas ərazisi ilə birbaşa bağlantısının olmamasıdır. Bu amil Naxçıvanın ciddi inkişaf imkanlarını məhdudlaşdırır. Azərbaycanın əsas ərazisi ilə birbaşa nəqliyyat əlaqəsinin olmaması Naxçıvanda istehsal edilən məhsulların ölkənin digər bölgələrinə, xüsusilə Bakı və ətraf ərazilərə çatdırılması zamanı əlavə xərclərin yaranmasına səbəb olur. İstehsal olunan məhsulu Naxçıvandan Bakıya gətirəndə yerli istehsalçı rəqibləri ilə müqayisədə daha əlverişsiz vəziyyətə düşür. Çünki məsafə uzanır və nəqliyyat xərcləri artır. Məhsul Naxçıvandan İran sərhədinə, oradan İran ərazisindən keçərək yenidən Azərbaycan sərhədinə – Astaraya və ya Biləsuvara çatdırılır. Bu proses zamanı həm vaxt itirilir, həm sərhəd keçidlərində əlavə vaxt tələb olunur, həm də başqa ölkənin ərazisindən keçidlə bağlı əlavə xərclər və ləngimələr yaranır. Naxçıvanın qarşısında duran əsas imkanlardan biri onun regional nəqliyyat və logistika sistemində daha fəal rol almasıdır. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında bağlantının yaradılması muxtar respublikanı Orta Dəhlizin mühüm elementlərindən birinə çevirə bilər. Naxçıvanın çox böyük potensialı var. O, Orta Dəhlizin əsas elementlərindən birinə çevrilə bilər. Naxçıvan indiki blokada vəziyyətindən çıxaraq Qərblə Şərq arasında, Türkiyə ilə Mərkəzi Asiya arasında, eləcə də türk dövlətləri arasında mühüm logistika zəncirinin bir hissəsinə çevrilə bilər. Bu baxımdan Naxçıvanın nəqliyyat dəhlizinə, Orta Dəhlizin mühüm elementinə çevrilməsi üçün böyük imkanlar var.

“Naxçıvanın tranzit imkanlarının genişlənməsi yalnız yükdaşımaların artmasına deyil, həm də yerli istehsalın inkişafına şərait yarada bilər. Muxtar respublikanın ticarət axınlarının üzərində yerləşən mühüm logistika mərkəzinə çevrilməsi yeni iqtisadi fəaliyyət sahələrinin yaranmasına imkan verəcək. Bu, Naxçıvanda yerli istehsalın qurulması üçün imkanları genişləndirə, eyni zamanda, Naxçıvan tranzit və nəqliyyat dəhlizinin üstünlüklərindən faydalana bilər. Biz o zaman Naxçıvanın büdcədən asılı modeldən özü dəyər yaradan modelə keçdiyini və daha sağlam iqtisadiyyatın formalaşdığını söyləyə biləcəyik. Hazırda Naxçıvanın mərkəzi büdcədən aldığı subsidiyaların azalması müsbət tendensiya kimi qiymətləndirilə bilər, lakin bu göstərici hələ muxtar respublikanın tamamilə öz iqtisadi imkanları hesabına dayanıqlı model qurduğunu deməyə əsas vermir. Hazırda subsidiyaların, yəni mərkəzi büdcədən ayrılan vəsaitlərin azalmasından danışa bilərik. Amma Naxçıvanın artıq tam şəkildə öz ayaqları üzərində dayandığını söyləmək hələ tezdir. Bunun əsas səbəblərindən biri blokadanın davam etməsi, Azərbaycanın əsas ərazisindən kənarda qalması və TRIPP marşrutunun hələ fəaliyyətə başlamamasıdır. Bu amillər Naxçıvanın potensialının reallaşdırılmasına, o cümlədən Azərbaycanın digər ərazilərindən Naxçıvana investisiya axınının artmasına ciddi maneələr yaradır”, - deyə X.Kərimli bildirib.

O vurğulayıb ki, TRIPP marşrutunun reallaşması və Azərbaycan-Ermənistan münasibətlərinin sülh əsasında yeni mərhələyə keçməsi Naxçıvanın iqtisadi inkişafında əhəmiyyətli dəyişikliklərə səbəb ola bilər. Gələcəkdə TRIPP marşrutu fəaliyyətə başlayanda, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi bağlandıqdan sonra vəziyyətin və iqtisadi şəraitin əhəmiyyətli dərəcədə dəyişəcəyini müşahidə edə bilərik. Hazırkı artımlar isə hələ çox böyük rəqəmləri ifadə etmir. Çünki söhbət nisbətən aşağı göstəricilərin müəyyən qədər yüksəlməsindən gedir. 2023-2027-ci illər üzrə inkişaf proqramında Naxçıvanın aqrar, ticarət, logistika və anbar təsərrüfatı, elektrik enerjisi və sənayeləşmə istiqamətlərində inkişaf etdirilməsi ilə bağlı ciddi planlar var. Amma bu planların bir çoxunun reallaşması TRIPP marşrutunun açılmasından asılıdır. Çünki nəqliyyat bağlantısı olmadan istehsal olunan məhsulun bazarlara çıxarılması, investisiyanın cəlb edilməsi və ticarət dövriyyəsinin genişləndirilməsi daha çətin olur.

“Son dövrdə enerji infrastrukturunun inkişaf etdirilməsi istiqamətində həyata keçirilən layihələr Naxçıvanın yalnız daxili enerji tələbatını ödəməsi deyil, gələcəkdə elektrik enerjisi ixracatçısına çevrilməsi baxımından da imkanlar yaradır. Prezident İlham Əliyevin Naxçıvana son səfəri zamanı bir sıra elektrik stansiyalarının açılması da bu baxımdan mühüm hadisədir. Qarşıya qoyulan planlar Naxçıvanın təkcə öz elektrik enerjisi təchizatını təmin etməsini deyil, gələcəkdə Türkiyə üzərindən Avropaya elektrik enerjisi satmasını da nəzərdə tutur. Bu, Naxçıvan üçün kifayət qədər böyük iqtisadi perspektivdir”, - deyə Xalid Kərimli vurğulayıb.

Müxbir - Səbinə Əlizadə

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın Zəfər Gününə həsr olunmuş “Koordinat 44” tamaşası Tbilisidə səhnələşdirilir

İstanbulda Vətən müharibəsi şəhidlərinin xatirəsinə 44 ağac əkilib

Aygün Attar: Azərbaycançılıq dövlətin ideoloji dayanıqlılığının və milli birliyin əsasını təşkil edir

İşğaldan azad edilmiş ərazilərin bərpası və yerli istehsalın inkişafı dayanıqlı məskunlaşma üçün şərait yaradır

UNEC-də bayram tədbiri: Zəfərin 6-cı ildönümü

Konfutsi İnstitutunun direktoru: Hərtərəfli strateji tərəfdaşlıq Azərbaycan və Çin üçün yeni perspektivlər açır

Milli Məclis komitələrinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsinin layihəsi müzakirə olunub

Bakıda keçirilən BMT İdarəetmə İnnovasiyaları Sammiti başa çatıb – YENİLƏNİB

AzerGold” Zəfər Gününu silsilə tədbirlərlə qeyd edib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər YENİLƏNİB-2 VİDEO

Dövlət Komitəsində Zəfər Günü münasibətilə tədbir

FHN-in əməkdaşları Zəfər Gününü qeyd ediblər

Bakı Dövlət Universitetində Zəfər Günü qeyd olunub

Dövlət Agentliyinin sədri: Son iki gündə Bakı səmərəli dialoq platformasına çevrildi

Düşənbədə Zəfər Günü təntənəsi: Səfirlikdə bayram tədbiri

Latviyada Azərbaycanın Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Zəfər Günü münasibətilə tədbir keçirilib

Parlamentin komitəsində büdcə zərfinə daxil olan qanun layihələri müzakirəyə çıxarılıb

BMT rəsmisi: Bakıda qurduğumuz tərəfdaşlıqlar ən böyük nailiyyətlərimizdən və dəyərli imkanlarımızdan biridir

Qarsda voleybol üzrə Zəfər Turniri keçirilib

Qadın voleybolçular arasında Azərbaycan Superliqasında yeni mövsüm start götürüb

AQTİ-nin Rəqəmsal və İnnovativ Təlim Mərkəzi fəaliyyətə başlayıb

“Alphabet” “Qualcomm” şirkətində yarım milyard dollarlıq pay əldə edib

V4 liderləri Aİ-nin genişlənməsini dəstəkləyib, Ukrayna məsələsində fikir ayrılığı qalır

Şotlandiyada polisə hücum edilib, 7 nəfər saxlanılıb

Əlcəzairdə Zəfər Gününün 6-cı ildönümü qeyd olunub

AQTA-da Zəfər Günü qeyd olunub

Daşkənddə “Humay və sehrli Huma quşu” kitabının özbək dilində nəşrinin təqdimatı olub

Avropada təbii qazın qiyməti həftə ərzində 16 faizədək azalıb

London metrosunda iş şəraiti ilə bağlı tətillər keçiriləcək

Şamaxıda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə keçirilib

Macarıstanın "Gripen" qırıcıları bomba təhdidlərinə görə üç dəfə havaya qaldırılıb

İngiltərə Bankının rəhbəri: Aİ ilə əlaqələrin gücləndirilməsi Britaniya iqtisadiyyatının inkişafına təkan verə bilər

Laçında “Böyük Qayıdışın Zəfər bayramı” adlı konsert proqramı VİDEO

Laçında “Böyük Qayıdışın Zəfər bayramı” adlı konsert proqramı VİDEO

BMT sammitində Bakı Kommunikesi elan edilib

Dövlət Xidmətinin nümayəndələri Koreyada daşınmaz əmlakın kadastrı sahəsindəki rəqəmsallaşdırma işləri ilə tanış olublar

Zəfər Günü münasibətilə Vətən müharibəsində iştirak etmiş vəkillərlə görüş olub

Ağdamda 8700-dən çox ağac və dekorativ kol əkilib

Rəqəmsal transformasiya dövründə Azərbaycan televiziyası: çağırışlar, inkişaf meyilləri və perspektivlər

Ekologiya və Təbii Sərvətlər Nazirliyində Zəfər Günü qeyd olunub

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Müəllim: Musiqi bacarıqları düzgün tədris və müntəzəm məşğələ ilə inkişaf edir

Yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatında növbəti qaliblər məlum olub

BOS su təchizatı sistemi ilə bağlı analizlərin nəticələrini açıqlayıb

Azərbaycan radiosunun 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans başa çatıb

Ədliyyə naziri Samuxda vətəndaşların müraciətlərini dinləyib

Keniyada Zəfər Günü qeyd olunub, Azərbaycanın postmünaqişə dövrü bərpa təcrübəsi təqdim edilib VİDEO

Keniyada Zəfər Günü qeyd olunub, Azərbaycanın postmünaqişə dövrü bərpa təcrübəsi təqdim edilib VİDEO

Zəfər Günü beynəlxalq hüququn bərpası baxımından mühüm tarixi və siyasi əhəmiyyətə malikdir - ŞƏRH

Bomba təhdidi ilə əlaqədar Sofiya hava limanına iki təyyarə eniş edib

Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Milli qürurumuzun təntənəsi – ADPU-nun Şamaxı filialında Zəfər Günü

Prezident İlham Əliyev: Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər

“ASAN xidmət”in və BMT-nin sammitində innovativ idarəetmə həlləri hazırlanıb

Şəhd qardaşı: Mən həm qardaşımı, həm dostumu, həm də döyüş yoldaşımı itirdim

DİM-in verdiyi sertifikat və şəhadətnamələr artıq “mygov”da

Rəşad Eyubov: Futbolçuların əsas milliyə layiq görülməsinə çox şadam

Milli Kibertəhlükəsizlik Agentliyi: Son dövrdə böyük həcmdə fərdi məlumat sızması halları müşahidə olunur

"802” qaynar xətti bayram günlərində vatsap üzərindən fəaliyyət göstərəcək

® Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Yekaterinburqda 8 Noyabr - Zəfər Günü qeyd edilib

Arxeoloqlar Zəfər Gününü müharibə iştirakçıları ilə qeyd ediblər

Azərbaycan modeli: Milli həmrəylikdən dayanıqlı sülhə - ŞƏRH

Bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrlə bağlı monitorinq aparılıb

ADU-nun rektoru şəhid ailələrinə dövlət qayğısından və gənclərin məsuliyyətindən danışıb

Bu il dövlət büdcəsindən vətəndaşlara 300 milyon manata yaxın vəsait qaytarılıb

Ərəb nəsri və İslam mədəniyyətinə dair elmi məqalə Rumıniya jurnalında dərc edilib

Gimnastikanın tamblinq növü üzrə Azərbaycan millisi üçqat dünya çempionu olub

Azərbaycan ilə BMT arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

8 Noyabr – Zəfər Günü münasibətilə Stokholmda rəsmi qəbul keçirilib VİDEO

8 Noyabr – Zəfər Günü münasibətilə Stokholmda rəsmi qəbul keçirilib VİDEO

“Zəfər əmanətlərinə qayğı ilə” sağlamlıq həftəsi başa çatıb VİDEO

“Zəfər əmanətlərinə qayğı ilə” sağlamlıq həftəsi başa çatıb VİDEO

Azərbaycan Universitetində Qarabağ Zəfərinin tarixi əhəmiyyəti vurğulanıb

Tərtərdə iki nəfəri öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib

DİM-də şəhid ailələrinin üzvləri və qazilərin iştirakı ilə Zəfər Günü qeyd olunub

Oktyabrda dünya ərzaq qiymətləri ucuzlaşıb

AzMİU tələbəsi şəhid qardaşının döyüş yolundan danışıb VİDEO

AzMİU tələbəsi şəhid qardaşının döyüş yolundan danışıb VİDEO

AFFA rəsmiləri UEFA-nın illik konfransında iştirak ediblər

Azərbaycan muzeylərinin nadir eksponatları: Dəniz dibinin xüsusiyyətlərini müəyyən edən diplot

Astaranın iki kəndində içməli su layihəsi həyata keçirilib

DİM qazilərin və şəhid ailələrinin övladlarının təhsilinə dəstək göstərir

Ekspert: Zəngilan Aqroparkı azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafına töhfə verəcək

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər VİDEO

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər VİDEO

Azərbaycanın tarixi Zəfəri milli ləyaqətimizin və suverenliyimizin bərpasıdır ŞƏRH

Təqsirləndirilən daha iki şəxs Azərbaycana ekstradisiya edilib

ADPU-da Zəfər Günü: müharibə veteranları və şəhid ailəsi üzvləri diqqət mərkəzindədir

Qələbədən sonra Azərbaycanın qarşısında dayanan vəzifələrin xarakteri də dəyişib - ŞƏRH

Azərbaycançılıq ideoloji təhlükəsizliyimizin əsasını təşkil edir MƏQALƏ

Süd məhsullarının emalı müəssisəsində istehlaka yararsız məhsullar aşkarlanıb

Vətən Müharibəsi Qəhrəmanı Anar Əliyev qızının xatirələrində...

Hərbi Prokurorluğun rəhbərliyi Zəfər Günü münasibətilə görüşlər keçirib

Aktiv ƏDV ödəyicilərinin sayı 7,5 faiz artıb

Azərbaycanın Zəfər Günü Brüsseldə də qeyd olunub

Bayram günlərində mənşə sertifikatı verilməsi davam etdiriləcək

Zəfər tariximizə həsr olunmuş nəşrlər vahid məkanda toplanıb

Vergi Xidmətinin rəis müavini Şəmkirdə vətəndaşların müraciətlərini dinləyəcək

BŞDYPİ paytaxtda keçiriləcək yürüşlərlə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib

Çin Beynəlxalq İdxal Sərgisində “Made in Azerbaijan” məhsulları nümayiş olunur

DİM şəhid övladlarına imtahana hazırlıq vəsaitləri təqdim edib

Baş Konfransda beynəlxalq metrologiyanın gələcək inkişaf modelinə dair qətnamələr qəbul edilib

“Şanlı tariximizin möhtəşəm Zəfər Günü” - Şərqşünaslıq İnstitutunda elmi sessiya

Mbappe La Liqada oktyabrın ən yaxşı futbolçusu seçilib