Nayrobidə BMT-nin İqlim sammiti öz işinə başlayıb
Bakı, 27 fevral, AZƏRTAC
BMT-nin Ətraf Mühit üzrə Proqramının mənzil-qərargahının yerləşdiyi Nayrobidə BMT-nin altıncı İqlim sammiti öz işinə başlayıb.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, Proqramın icraçı direktoru İnger Andersen brifinqdə çıxış edərək, sammitdə 7300 iştirakçının, 100-dən çox ölkədən 150 nazirin iştirak etdiyini bildirib.
İqlim sammitinin prezidenti və Mərakeşin Enerji və davamlı inkişaf naziri Leyla Benalinin sözlərinə görə, tədbir zamanı iqlim gündəminin müxtəlif aspektləri ilə bağlı 19-a yaxın qətnamə nəzərdən keçirilə və qəbul edilə bilər.
“Sammitin davam etdiyi günlərin birində qlobal çağırışların ən yüksək səviyyədə müzakirəsi keçiriləcək”, – deyə Keniyanın Ətraf mühitin mühafizəsi və meşə təsərrüfatı naziri Rozelinda Soipan Tuyya əlavə edib.
O deyib: "İqlim sammiti, şübhəsiz ki, ölkə liderlərinin ümumi problemləri ən yüksək səviyyədə müzakirə edəcəkləri intensiv tədbir olacaq. Bəzi ikitərəfli görüşlərin keçirilməsi də planlaşdırılır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]
BMT: Qara dəniz limanlarının blokadası ərzaq çatışmazlığına səbəb ola bilər
- 23.09.2026 [10:12]