İQTİSADİYYAT
Nazir: Yanvar-fevral aylarında vergi daxilolmaları 25,2 faiz artıb
Bakı, 18 mart, AZƏRTAC
2022-ci ilin yanvar-fevral aylarında vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 25,2 faiz artaraq 1 milyard 830,4 milyon manat təşkil edib və proqnoz 108,7 faiz səviyyəsində icra olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir qeyd edib ki, qeyri-neft-qaz sektoru üzrə daxilolmalar 41,8 faiz artaraq 1 milyard 398,8 milyon manat olub və proqnoz 108,7 faiz səviyyəsində yerinə yetirilib. Daxilolmaların 76,4 faizi qeyri-neft-qaz sektorunun payına düşüb.