NAZİRLƏR KABİNETİNDƏ QƏBUL
Dekabrın 6-da Azərbaycanın Baş naziri Artur Rasizadə Almaniya iqtisadiyyat və əmək nazirinin xarici iqtisadi məsələlər üzrə müavini Karl-Ernst Braunerin başçılığı ilə nümayəndə heyətini qəbul etmişdir.
Azərbaycan hökumətinin başçısı bildirmişdir ki, ölkəmizin Almaniya ilə uğurla inkişaf edən münasibətlərinin möhkəm təməli ümummilli liderimiz Heydər Əliyevin 1996-cı ildə AFR-ə rəsmi səfəri zamanı qoyulmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya rəhbərliyi ilə apardığı danışıqlar və imzalanmış ikitərəfli sənədlər isə ölkələrimiz arasında münasibətlərdə yeni səhifə açmışdır.
Baş nazir Azərbaycan ilə Almaniya arasında iqtisadi əməkdaşlığın əlverişli səviyyəsini vurğulayaraq, buna görə dost ölkənin hökumətinə minnətdarlığını bildirmişdir. Artur Rasizadə Almaniyanın “Siemens” şirkətinin Azərbaycanda energetika layihələrində fəal iştirak etdiyindən, “Azərbaycan Hava Yolları” Dövlət Konserni üçün aerobusların alınması barədə razılıq əldə edilməsindən danışaraq nəzərə çarpdırmışdır ki, Azərbaycan Almaniya şirkətləri ilə istehsal sahəsində fəal əməkdaşlıqda maraqlıdır.
Almaniya nümayəndə heyətinin başçısı Azərbaycan iqtisadiyyatında müsbət dəyişikliklərə və uğurla inkişaf edən iqtisadi əlaqələrə toxunaraq demişdir ki, münasibətlərin səviyyəsinin potensialı tükənməmişdir və hələ çox iş görülməlidir.
Söhbət zamanı Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin inkişaf məsələlərinə dair fikir mübadiləsi də aparılmışdır.
Görüşdə Almaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Detlef Lingeman iştirak etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]