NAZİRLƏR KABİNETİNDƏ QƏBUL
Azərbaycan Yaponiyanın ölkəmizdə tam Yaponiya kapitalı, yaxud qarışıq kapital ilə istehsal müəssisələri yaratmasında maraqlıdır. Bunu yanvarın 14-də Azərbaycanın Baş naziri Artur Rasizadə Yaponiya xarici işlər nazirinin birinci müavini İçiro Aisavanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə bildirmişdir.
Azərbaycan hökumətinin başçısı bütün sahələrdə fəal inkişaf edən Azərbaycan-Yaponiya münasibətlərini yüksək qiymətləndirərək dedi ki, Yaponiyanın belə mötəbər nümayəndə heyətinin indiki səfəri ikitərəfli əlaqələrin genişlənməsində daha bir addım olacaqdır. Artur Rasizadə Azərbaycana hərtərəfli maliyyə yardımı göstərdiyinə görə Yaponiya hökumətinə təşəkkür etdi.
Baş nazir ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində ölkədə yaranmış ictimai-siyasi sabitlikdən danışaraq, iqtisadi sahədə qazanılmış nailiyyətlərdən, xarici sərmayələrin həcminin ildən-ilə artmasından, respublika rəhbərliyinin sosial siyasət yönündə gördüyü tədbirlərdən söhbət açdı.
Artur Rasizadə Yaponiya nümayəndə heyətinin üzvlərinə Azərbaycanın ən ağrılı problemi - torpaqlarımızın Ermənistan tərəfindən işğalına, bir milyon azərbaycanlının qaçqın-köçkün vəziyyətinə düşməsinə gətirib çıxaran Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun dincliklə həlli üçün ölkə rəhbərliyinin səyləri barədə məlumat verdi.
Cənab İçiro Aisava bütün sahələrdə, o cümlədən qeyri-neft sektorunda ikitərəfli əməkdaşlığı dərinləşdirməyin zəruriliyini vurğuladı və Baş naziri əmin etdi ki, onun ölkəsi Azərbaycana bundan sonra da hərtərəfli yardım göstərəcəkdir.
Qəbulda Yaponiyanın Bakıdakı səfiri Tadahiro Abe iştirak edirdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]