NAZİRLƏR KABİNETİNDƏ QƏBUL
Fevralın 2-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Rusiyanın xarici işlər naziri Sergey Lavrov başda olmaqla nümayəndə heyətini qəbul etmişdir.
Azərbaycan hökumətinin başçısı ölkələrimiz arasında bütün sahələrdə münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edərək, iqtisadi sahədə əlaqələrin dinamik surətdə genişləndiyini xüsusi vurğuladı. Bildirdi ki, Azərbaycan ilə Rusiya arasında əmtəə dövriyyəsinin həcmi bir dəfə yarım artmışdır, hökumətlərarası iqtisadi komissiyanın iclasları müntəzəm olaraq keçirilir. Rusiyada Vladimir Putin rəhbərliyə gəldikdən, onun Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə apardığı danışıqlardan sonra ölkələrimiz arasında münasibətlər yeni, daha yüksək səviyyəyə qalxmışdır. Elə indi də Azərbaycan ilə Rusiya arasında həll edilməmiş məsələlər yoxdur. Yaxın vaxtlarda sərhədin delimitasiyası məsələlərinə dair danışıqlar başlanacaqdır.
Baş nazir respublikamızdakı iqtisadi vəziyyətdən, bu sahədə aparılan islahatlardan danışaraq bildirdi ki, ölkəmiz üçün başlıca problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi daha uğurla irəliləyişimizə əngəl törədir.
Sergey Lavrov ölkələrimizin tərəfdaşlıq əlaqələrinin inkişaf səviyyəsini yüksək qiymətləndirərək, Azərbaycanın və Ermənistanın xarici siyasət idarələrinin başçıları arasında danışıqlar aparılmasını müsbət hal kimi vurğuladı.
Qəbulda Azərbaycanın Rusiyadakı səfiri Ramiz Rizayev iştirak edirdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]