DÜNYA
“NBC” Olimpiya Oyunlarının canlı yayımındakı reklam vaxtını 1 milyard dollara satmışdır
Bakı, 30 iyul (AZƏRTAC). “NBC” universal şirkəti London Olimpiya Oyunlarının ABŞ-dakı canlı yayımı zamanı veriləcək reklam vaxtını 1 milyard dollara satmışdır. Oyunların müddəti rekord miqdarda -5,53 min saat olacaqdır.
Reuters agentliyi NBC universal şirkətinə istinadla məlumat verir ki, bu məbləğ 2008-ci ildə keçirilmiş Pekin Olimpiadasının canlı yayımı zamanı olan satışlarından 150 milyon dollar artıqdır. Onlayn-reklamların həcmi isə 60 milyon dollardan çox olmuşdur ki, bu da Pekin Olimpiadasında olduğundan demək olar ki, üç dəfə çoxdur.
“NBC” universal oyunları ABŞ-da yayımlamaq hüququnu əldə etmək üçün 1,18 milyard dollar ödəmişdir. Şirkət hələlik nə qədər mənfəət əldə etməyə ümid etdiyini açıqlamır. Vankuverdə keçirilən Qış Olimpiya Oyunlarının yayımlanması zamanı NBC universal şirkəti 223 milyon dollar civarında zərərə məruz qalmışdı.
Olimpiadanın canlı yayımı üçün, həmçinin onlayn-layihələr də yaradılmışdır. Məsələn, facebook sosial şəbəkəsi xüsusi “Explore London 2012” bölməsi açmışdır ki, burada idmançılar, idman növləri və Olimpiadada iştirak edən yığmalar haqqında informasiya toplanmışdır. Layihədən 22 dildə istifadə etmək mümkündür.