CƏMİYYƏT
“Nə? Harada? Nə zaman?” intellektual oyunu layihəsi çərçivəsində təlimlər başa çatıb
Bakı, 12 avqust (AZƏRTAC). “ASAN Könüllüləri” Gənclər Təşkilatı tərəfindən keçirilən “Nə? Harada? Nə vaxt?” intellektual oyunu layihəsi çərçivəsində təlimlər başa çatıb.
Təşkilatdan AZƏRTAC-a bildiriblər ki, 1 saylı Bakı “ASAN xidmət” mərkəzində keçirilən təlimlər Azərbaycanda “Nə? Harada? Nə vaxt?” intellektual oyunlarında dəfələrə fərqlənmiş iştirakçılar tərəfindən aparılıb. Təlimlər oyunun qaydalarını, uğur qazanmaq üçün müxtəlif məsləhətləri, hazırcavablılığı və digər mövzuları əhatə edib.
Layihə çərçivəsində 78 iştirakçıdan ibarət 13 komandanın mübarizə aparacağı üç oyunun (iki hazırlıq və kubok) keçirilməsi nəzərdə tutulub. İlk hazırlıq oyunu artıq keçirilib.
Məqsəd gənclərin məntiqi düşüncə və əsaslandırma, komandada iş bacarığı və mövcud biliklərdən yararlanmaq qabiliyyətlərinin inkişaf etdirilməsidir.