Neapolda 4,7 bal gücündə zəlzələ baş verib
Bakı, 1 avqust, AZƏRTAC
İtaliyanın Neapol şəhərində 4,7 bal gücündə zəlzələ qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutu məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri Flegrean ərazisində 3 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar nəticəsində Neapolun bəzi məhəllələrində elektrik enerjisi kəsilib, qatarların hərəkəti müvəqqəti dayandırılıb.
İlkin məlumata əsasən, ölən və yaralanan yoxdur. Neapol yaxınlığındakı Potssuoli şəhərində bəzi tikililərə ziyan dəydiyi ehtimal edilir, ərazidə mütəxəssislər tərəfindən araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]