“NƏFƏS ALMAQDA DAVAM EDİN!”
2005-ci ildə vəfat edən ən uzunömürlü hollandiyalı qadının ömrünün son anınadək ağlı başında olmuşdur. Şahidlərin dedikləri də, sağlığındakı testlər də, ölümündən sonra onun beyninin öyrənilməsinin nəticələri də bunu təsdiq edir.
115 yaşında vəfat etmiş hoohefyenli Henrikye van Andel-Sxipperin beyninin öyrənilməsi zamanı ahıl yaşda təfəkkür funksiyalarının pozulmasına gətirb çıxaran neyrodegenerativ xəstəliklərin yalnız minimal əlamətləri aşkara çıxarılmışdır.
Qroningen Universitetinin professoru, tədqiqatçı Gert Holstegenin dediyinə görə, bu, belə yaşda beynin olduğu kimi qaldığı birinci haldır. Bir qayda olaraq, qocalıqda insanlar beyin maddəsi altsheymer xəstəliyi üçün səciyyəvi olan zülalların yığını və ateroskleroz nəticəsində qan təchizatının pisləşməsi üzündən əziyyət çəkirlər.
Van Andel-Sxipper 1890-cı ildə dünyaya gəlmişdi. Onun anası 100 yaşında vəfat etmiş, bütün qardaş və bacıları isə 70 ildən çox yaşamışlar.
Hollandiyalı uzunömürlü qadın 82 yaşında öz bədənini öyrənilmək üçün Qroningen Universitetinə vəsiyyət etmişdir. 111 yaşında isə zəng vuraraq, öz niyyətini təsdiq etmişdir. O vaxtdan professor Holstege qadının təfəkkür funksiyalarını öyrənməyə başlamışdır. Testlərin nəticələrinin 60-75 yaş üçün olan orta göstəricilərdən yaxşı olması alimi təəccübləndirmişdir.
Henrikye van Andel-Sxipper zarafatla deyirdi ki, uzunömürlülüyünə görə turşuya qoyulmuş siyənək balığına borcludur. Bir dəfə ondan uzun ömür yaşamaq üçün məsləhət verməyi xahiş etdikdə, o cavab vermişdir: “Nəfəs almaqda davam edin”.