İQTİSADİYYAT
“Neft daşları” Dəniz Qazma İşləri İdarəsi yeni quyular qazır
Bakı, 30 aprel (AZƏRTAC). Kompleks Qazma İşləri Trestinin “Neft daşları”' Dəniz Qazma İşləri İdarəsi tərəfindən “Pirallahı-dəniz” və “Neft daşları” yataqlarında yeni quyuların qazmasına başlanılmışdır.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, “Abşeronneft” NQÇİ-nin sifarişi ilə “Pirallahı-dəniz” yatağındakı 1100 nömrəli meydançadan Qirməkialtı lay dəstəsinə qazılan 1113 nömrəli quyunun layihə dərinliyi 990 metrdir. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 4 ton neft hasil olunacaqdır.
“Neft daşları” yatağındakı 2521 nömrəli platformadakı 2529 nömrəli quyu isə Qala lay dəstəsinə qazılır. “Neft daşları” NQÇİ-nin sifarişi ilə qazılan həmin quyunun layihə dərinliyi 1.550 metrdir. Quyudan sutkada 5 ton neft hasil olunacağı nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]