CƏMİYYƏT
Neft Daşlarında çalışanların sosial-məişət şəraiti yaxşılaşdırılır
Bakı, 18 avqust, AZƏRTAC
Bu ilin birinci yarısında neft sənayesində çalışanların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində xeyli işlər görülüb. “Neft Daşları” Neft-Qaz Çıxarma İdarəsinin yataqxana korpusları, çay evi, helikopter meydançasında, qəsəbə və parkların ərazisində təmizlik və suvarma işləri aparılıb, ağaclar budanıb. 1 nömrəli NQÇS-ə lazım olan zəruri əşyalar verilib, ərazidə olan Qaz-Kompressor Stansiyasının operatorlarının vaqon evciyin mətbəx otağına və 2387 nömrəli özüldə mətbəx evciyə yeni su xətləri çəkilib. Bununla yanaşı, 2 nömrəli NQÇS də ehtiyac duyular əşyalarla təmin edilib.
AZƏRTAC-a Pirallahı Rayon İcra Hakimiyyətindən bildiriblər ki, ötən dövrdə 3 nömrəli NQÇS-ə 7 soyuducu, 1077 nömrəli meydançaya yeni yaşayış bloku verilib və bloka yeni su xətləri çəkilib. 1145 saylı meydançanın qəzalı hissəsindən 5 yaşayış evciyi və 1 su çəni götürülərək meydançanın təyin olunmuş hissəsinə köçürülüb. 4 və 5 nömrəli NQÇS-lərdə də mühüm işlər görülüb.
Neft Daşları ərazisində dezinfeksiya, dezinseksiya və deratizasiya işləri görülüb. 1-ci və 2-ci “Əks-Osmos” qurğularında gündəlik tələbata uyğun İES-da qızdırılıb və yataqxana korpuslarına fasiləsiz isti su ilə təmin edilib. İşçilərin dəniz və hava nəqliyyatı vasitələri ilə daşınması, içməli suyun və ərzaq məhsullarının gətirilməsi təşkil edilib.
Dəniz neftçilərinin normal qidalanması üçün hazırda Neft Daşlarında 4 yeməkxana fəaliyyət göstərir. Neft Daşlarına un və ərzaq məhsulları Pirallahı adasından gəmilər vasitəsi ilə göndərilir.