İQTİSADİYYAT
Neft-qaz çıxarma idarəsinin istehsalat sahələrində səyyar görüş keçirilmişdir
Bakı, 5 iyul (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) “Azneft” İstehsalat Birliyinin rəhbər heyəti 28 May neft-qaz çıxarma idarəsinin müxtəlif istehsalat sahələrində olmuş, həmin sex və sahələrdə çalışan işçilərlə səyyar görüşlər keçirmişlər.
AZƏRTAC xəbər verir ki, rəhbər heyət işçilərin istehsalat yerindəki sosial-məişət şəraiti, onların problemləri və çətinlikləri ilə maraqlanmışlar. Bəzi işçilər tərəfindən qaldırılan müəyyən problemlərin həlli məqsədi ilə yerindəcə müvafiq tapşırıqlar verilmiş, digər məsələlərlə bağlı qeydlər aparılmış və bu məsələlərin ən yaxın vaxtda həll ediləcəyi bildirilmişdir.
Bütün görüşlər qarşılıqlı ünsiyyət şəraitində keçmiş və işçilər bu cür tədbirlərin təşkilinə, onların problemlərinin həllinə göstərilən diqqətə görə “Azneft” İB-nin rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]