REGİONLAR
Neftçalada 19 min tondan çox süd istehsal olunub
Neftçala, 14 sentyabr, Mahir Babayev, AZƏRTAC
Neftçalada aqrar sahənin digər bölmələri ilə yanaşı, heyvandarlığın inkişafına da xüsusi diqqət yetirilir. Rayonda bu sahənin inkişafını sürətləndirmək, məhsul istehsalını daha da artırmaq məqsədilə yeni-yeni heyvandarlıq və quşçuluq təsərrüfatları yaradılır, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına diqqət yetirilir. Həyata keçirilən tədbirlər nəticəsində rayonda heyvanların baş sayı, ət, süd, yumurta və yun istehsalı ilbəil artır, mal-qaranın cins tərkibi yaxşılaşır.
Rayon statistika idarəsinin rəisi Şahin Mənəfov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, hazırda rayonun heyvandarlıq və fərdi təsərrüfatlarında 43 min 445 baş mal-qara və 146 min 841 baş qoyun-keçi saxlanılır . Qoyun və keçilərin sayı 2019-cu ilin eyni dövrünə nisbətən 1 faiz artıb.
Sentyabrın 1-dək rayonda 8 min 417,1 ton ət (diri çəkidə), 19 min 933,9 ton süd, 14 milyon 209 min ədəd yumurta, 5 min 713,2 ton quş əti, 290,5 ton yun istehsal olunub.
Ötən ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 6,5, süd istehsalı 0,05, yumurta istehsalı isə 9,8, quş əti istehsalı isə 9,3 faiz çox olub.