REGİONLAR
Neftçalada 9 min hektardan çox sahədə yazlıq bitkilər əkilib
Neftçala, 9 iyun, Mahir Babayev, AZƏRTAC
Neftçalada cari ilin məhsulu üçün 9 min 222,6 hektar sahədə yazlıq bitkilər əkilib.
Rayon statistika idarəsinin rəisi Şahin Mənəfov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, əkinə vaxtında və hərtərəfli hazırlıqla başlayan məhsul istehsalçıları indiyədək 9 min 222,6 hektar sahədə yazlıq bitkilər əkiblər. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1010,5 hektar və ya 12,2 faiz çoxdur. Əkin aparılmış sahələrin 1958,5 hektarını yonca, 146,7 hektarını kartof, 142,5 hektarını tərəvəz, 84,9 hektarını bostan bitkiləri, 27 hektarını vələmir, 14 hektarını isə qarğıdalı bitkisi təşkil edir. Həmçinin rayonda fəaliyyət göstərən pambıq emalı müəssisələri ilə bağlanmış müqavilə əsasında 6 min 849 hektar sahədə pambıq əkilib.