Neftçalada çətənə kolları zərərsizləşdirilib
Neftçala, 10 avqust, Aydın Yavərzadə, AZƏRTAC
Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiya ilə məşğul olan Aşağı Qaramanlı kənd sakini Ərziman Fərəcov saxlanılıb. Ona məxsus fərdi yaşayış evinə keçirilən baxış zamanı həyətyanı sahədən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 48 ədəd çətənə kolu aşkar edilib.
Faktla bağlı Neftçala RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.11.2026 [22:42]
Qazaxda V İdman Festivalının açılış mərasimi olub
- 20.11.2026 [20:58]
Lənkəranda şəhid Vüsal Kazımovun xatirəsinə boks yarışı təşkil olunub
- 20.11.2026 [19:52]
Ağdam Şəhər Günü konsert proqramı ilə qeyd olunub
- 20.11.2026 [18:20]
Naxçıvanda Ümumdünya Uşaq Hüquqları Günü qeyd edilib
- 20.11.2026 [18:20]
Masallıda aqrar sahənin inkişafı üçün yeni layihələr reallaşdırılır
- 20.11.2026 [17:59]