REGİONLAR
Neftçalada Milli Qurtuluş Günü qeyd olunub
![](/files/galleryphoto/2023/2/1200x630/1686896626946359587_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16868966261070533501_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16868966261465918267_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16868966264580210846_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/1686896626926442317_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16868966265206051262_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/1686896626467333308_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16868966264401747365_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16868966266168314942_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16868966263889141550_1200x630.jpg)
Neftçala, 16 iyun, Aydın Yavərzadə, AZƏRTAC
Neftçala rayonunda 15 İyun - Milli Qurtuluş Günü qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Bayram tədbirində çıxış edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyun gününün hər bir vətənpərvər azərbaycanlı üçün çox əziz olduğunu bildirib. Qeyd edib ki, 30 il öncə yenicə müstəqilliyini qazanan respublikamızı dağılmaqdan, məhv olmaqdan, vətəndaş qarşıdurmasından xilas edən Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan öz müstəqilliyini və dövlətçiliyini qoruyub saxlayıb.
M.Seyidov Ümummilli Lider Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, Azərbaycanın daha da möhkəmlənməsi və qüdrətlənməsi istiqamətində görülən işlərdən də danışıb.
Digər çıxış edənlər də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra respublikamızın əldə etdiyi uğurlardan, Milli Qurtuluş Gününün müstəqilliyimizin tarixinə şanlı səhifə kimi yazılmasından söz açıb, Ulu Öndər haqqında xatirələrini bölüşüblər.
Milli Qurtuluş Günü ilə bağlı Biləsuvar Regional Mədəniyyət İdarəsinin hazırladığı musiqi proqramı coşqu ilə qarşılanıb.