İQTİSADİYYAT
“Neftqaztikinti” Trestində ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə tədbir keçirilmişdir
Bakı, 30 aprel (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Neftqaztikinti” Trestində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibəti ilə tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə açan trestin müdiri Mirkazım Abasov xalqımızın dahi oğlu Heydər Əliyevin mənalı ömür yolundan danışmış, Ümummilli Liderin ölkəyə rəhbərlik etdiyi dövrlərdə qazanılmış uğurlardan ətraflı bəhs etmişdir.
Tədbirdə çıxış edənlər ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycanda müstəqil dövlətçilik ideyalarının fundamental əsasların yaradıldığını vurğulamış, respublikamızın regionu və Avropanın enerji təhlükəsizliyinin təminatında oynadığı rolu yüksək qiymətləndirmişlər.
Tədbirdə “Neftqaztikinti” Trestinin müdiri Mirkazım Abasova Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının Fəxri Fərmanı təqdim olunmuşdur. Tədbirin sonunda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin ayrı-ayrı dövrlərini əks etdirən sənədli film nümayiş etdirilmiş, YAP sıralarına yeni qəbul olunmuş bir qrup neftçiyə partiyanın üzvlük vəsiqələri verilmişdir.